Accessibility links

Urmiyədə altı ‘dini fəal’ azadlığa buraxılıb


Urmiyə Həbsxanası
Urmiyə Həbsxanası

Urmiyə Mərkəzi Həbsxanasında həbsdə olan 6 “dini fəalın” həbs müddəti tamamlanmadan əvvəl azadlığa buraxıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, sərbəst buraxılan fəallar qanunsuz dini qruplara üzvlük ittihamı ilə həbsə məhkum olmuşdular. Onlar həbs müddətinin başa çatmasından təqribən 4 ay daha tez azad ediliblər.

HRA-nin bildirdiyinə görə, Məhəmməd Əsri, Mənsur Çobani, Yusuf Kamilən, Məhəmməd Pişbin, Qəfur Esvar və Həbib Əmini “sələfi qruplarlarla” əlaqə və əməkdaşlıq ittihamı ilə mühakimə edilmişdilər.

İranın bəzi bölgələrində sələfi qruplaşmalar mövcuddur. Amma insan haqları qruplarına görə, İslam Respublikası İranda bu qrupların nüfuzunu şişirdərək, sünni din xadimləri və ya sünni icmaların hüquqlarını müdafiə edən siyasi fəalları “sələfiçilik” ittihamı ilə susdurub, həbsə atmağa çalışır.

XS
SM
MD
LG