Accessibility links

İran Azərbaycanının Muğan bölgəsində ‘xristianlıq təbliğatı’ aparan bir vətəndaş saxlanılıb


İran Azərbaycanının Muğan bölgəsində xristianlıq təbliğatı aparmaqda ittiham edilən bir vətəndaş İranın təhlükəsizlik və əmniyyət polisi tərəfindən həbs edilib.

Ərdəbil vilayətində fəaliyət göstərən “Savalan Xəbər” və “Aran Muğan” kimi internet portalları polis qurumunun bu barədə verdiyi məlumatı yayıb.

“Təhlükəsizlik və Əmniyyət Polisi Parsabad-Muğanda bir sıra mürəkkəb kəşfiyyat fəaliyyətləri apararaq, xristanlığı yaymaq və təbliğ etməklə məşğul olan bir şəxsi nəzarət altına alıblar,” Savalan Xəbər saytında dərc edilib.

İran-Azərbaycan sərhəddində yerləşən Parsabad şəhərində saxlanılan şəxsin “əldə edilən dəlillər və sənədlər ilə bərabər” məhkəmə qurumuna təslim edildiyi bildirilib.

Beynəlxalq insan haqları qurumlarının hesabatlarına əsasən, İran hakimiyyəti dini və etnik azlıqları inancları və kimlikləri üzündən aşağılayıb, həbs edib və hətta ölümlə cəzalandırıb.

İran Azərbaycanı və İranın digər bölgələrində yaşayan türklərin əksəriyyəti şiədir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən, əhli-haqq/ələvilər, sünnilər, bəhayilər və xristianların da sayı az deyil.

Hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qaldığını bildirirlər.

XS
SM
MD
LG