Accessibility links

Qərbi Azərbaycan vilayətində COVID-19-dan bir sutkada 10 ölüm halı qeydə alınıb


Dövlət agentliyi İRNA-nın yaydığı məlumata əsasən, İranın Qərbi Azərbaycan vilayətində COVID-19-a yoluxma və ölüm halları kəskin şəkildə artıb.

Urmiyə Tibb Universiteti və səhiyyə xidmətinin rəhbəri doktor Cavad Ağazadənin açıqlamalarına görə, iyul ayının 13-dən 14-ə qədər 24 saat ərzində Qərbi Azərbaycanda koronavirusa 445 yeni yoluxma və 10 ölüm halı qeydə alınıb.

Ağazadə həmin müddətdə virusa yoluxan 117 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib.

İRNA-ya istinadən ən çox yoluxma və ölüm halı vilayətin mərkəzi Urmiyədə baş verib. Son 24 saat ərzində Urmiyə şəhərində 6 ölüm halı qeydə alınıb.

Qərbi Azərbaycan vilayətinin səhiyyə xidməti pandemiya başlayandan bəri vilayətdə koronavirusdan ölənlərin sayının 4818 nəfərə çatdığını bildirib.

İranda vaksinasiya səviyyəsinin aşağı olduğundan vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Səhiyyə nazirliyinin bildirdiyinə görə, 60 yaş və yuxarı vətəndaşlar üçün vaksinasiya proqramı iyul ayının 15-də başlayır.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG