Accessibility links

Ərdəbildə milli fəalın ailəsinin evində axtarış aparılıb


Hüquq müdafiəçiləri milli fəal Möhsin İsmailinin ailəsinin evində axtarış aparıldığına dair məlumat yayıb. O, özü axtarış zamanı evdə olmayıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, İranın təhlükəsizlik qüvvələri sentyabrın 5-də Ərdəbildə İsmaili ailəsinin evinə gediblər. Ailənin məmurlar tərəfindən təhdid edildiyi bildirilir.

Hazırda Tehranda yaşayan türk fəal daha əvvəl də fəaliyyətləri səbəbilə təqib, həbs və sorğu-suala məruz qalıb. Təhlükəsizlik qüvvələri keçən il ikinci Qarabağ müharibəsi zamanı da onu həbs etmək üçün evinə getmişdilər.

Möhsin İsmaili 2019-cu ildə Amerikanın Səsinə müsahibə verərək siyasi məhbus Abbas Lisaninin vəziyyəti haqqında məlumat vermişdi.

XS
SM
MD
LG