Accessibility links

Şərqi Azərbaycan vilayətində İnqilab Qvardiyasına mənsub müdirlərin sayı artır


Xəbər agentlikləri İranın Şərqi Azərbaycan vilayətində yeni təyinatların olduğuna dair məlumat yayıb.

İslam İnqilabı Qvardiyasının (Sepah) komandirlərindən General Abidin Xürrəmin keçən ilin oktyabr ayında Şərqi Azərbaycana vali təyin edildiyindən bəri Şərqi Azərbaycan idarələrinin rəhbərliyinə gətirilən Sepah qüvvələrinin üzvlərinin sayı artmaqdadır.

İLNA agentliyinə istinadən, Cəfər Rəzmi, Məhəmməd İskəndəri və Murtəza Abdulzadə Şərqi Azərbaycan valisi Xürrəmin sərəncamı ilə müvafiq olaraq Təhlükəsizlik və Muhafizə Baş İdarəsi, Vilayət Şuraları və Kənd İşləri Baş İdarəsi və Vilayət Bələdiyyələrinin Əməkdaşlıq Təşkilatının rəhbəri olaraq təyin ediliblər.

Təyin olunan yeni müdirlərin üçü də bundan əvvəl İnqilab Qvardiyasının müxtəlif bölmələrində yüksək vəzifələrdə çalışıblar. Cəfər Rəzmi Sepahın komandirlərindən olub. Məhəmməd İskəndəri və Murtəza Abdulzadə isə müvafiq olaraq Sepah-i Aşura (Sepahın Şərqi Azərbaycan qolu) və Sepahın Xatəmül-ənbiya İnşaat Qərargahında çalışıblar.

Suriyada müharibədə iştirak etmiş iranlı komandirlərdən biri olan vali Abidin Xürrəmin bundan əvvəlki təyinatları da əksərən Sepah qüvvələri arasından olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG