Accessibility links

Məcid Araz: İranda İnqilab Qvardiyası yumşaq bir çevrilişlə gücü ələ alır


Siyasi fəal Məcid Araz Amerikanın Səsi ilə söhbətdə prezident İbrahim Rəisi dönəmində İranın İnqilab Qvardiyası (Sepah) qüvvələrinin dövlət orqanlarındakı nüfuzunun artması haqqında danışıb. O, bu prosesi yumşaq bir çevrilişə oxşadır.

“İslam Cümhuriyyətinin qurulmasından sonra, elə ən başda Sepah quruldu. Sepahın əsas vəzifəsi İslam Cümhuriyyətini qorumaq oldu. Amma eyni zamanda Xomeyninin bunlara əmri var idi ki, siyasətə qarışmayacaqsınız. Amma, zamanla elə oldu ki, hər keçən sürənin içində Sepah qüvvələri daha çox siyasətə qarışdılar. Özəlliklə İran-İraq savaşı bitdikdən sonra bunlar daha aktiv şəkildə siyasətə və iqtisadiyyata girdilər,” Məcid Araz söyləyir.

İranın bu çalxantılı dönəmində türk kütləsininin və dolayısı ilə Azərbaycanın və dolayısı ilə Təbriz şəhərinin çox kritik bir önəmi var. Onun üçün bunlar Şərqi Azərbaycanın valiliyini birbaşa vir Sepah mənsubuna veriblər ki, lazım olduğu zaman bir hərbi kontrol tətbiq edə bilsinlər.


Siyasi fəalın sözlərinə görə, “İbrahim Rəisi hökümətə gəlmədən öncə hər kəs gözləyirdi ki, Sepah bir yumşaq çevriliş ilə bir şəkildə gücü əlinə alacaq. Çünki, özlərinin dediyinə görə, ölkə o qədər dərin böhranlarla qarşı-qarşıyadır ki, bunu ancaq bir hərbi güc kontrol altında saxlaya bilər.”

O, İnqilab Qvardiyasına mənsub hərbi qüvvələrin və ya bu qüvvələrə yaxınlıqları ilə tanınan bir çox siyasətçinin nazirlik və valilik kimi yüksək vəzifələrə gətirilməsinə diqqət çəkərək deyir ki, “İbrahim Rəisinin gəlməsi ilə birlikdə demək olar ki, gözlənilən bu yumşaq çevriliş haradasa gerçəkləşdi.”

İbrahim Rəisi İslam İnqilabı Qvardiyasının (Sepah) komandirlərindən General Abidin Xürrəmi Şərqi Azərbaycan, ultra mühafizəkar Amili ailəsinə mənsub Seyyid Hamid Amilini Ərdəbil və əslən Kirmanşah vilayətindən olan mühafizəkar siyasətçi Məhəmməd Sadıq Möhtəmidiyanı Qərbi Azərbaycan vilayətinə vali təyin edib.

Məcid Araz İran Azərbaycanının sərhəd vilayətlərindəki təyinatları ümumilikdə İran siyasətində baş verən yeni dəyişikliklərin bir hissəsi kimi dəyərləndirir:

İbrahim Rəisi hökümətə gəlmədən öncə hərkəs gözləyirdi ki, Sepah bir yumşaq çevriliş ilə bir şəkildə gücü əlinə alacaq. Çünki, özlərinin dediyinə görə, ölkə o qədər dərin böhranlarla qarşı-qarşıyadır ki, bunu, ancaq bir hərbi güc kontrol altında saxlaya bilər.


“Təbii ki, bunları İrandakı ümumi siyasətdən ayrı tutmaq olmaz. Amma İranda hər bölgənin öz həssasiyyətləri var. Yəni, Kürdüstanın öz həssasiyyətləri var, Azərbaycanın özünəməxsus həssasiyyətləri və eyni şəkildə Xuzistanın, Bəluçistanın, Xorasanın və Tehranın. Təbii ki, Azərbaycanın həssasiyyəti İranın nəzərində çox böyükdür. Çünki, Türkiyə ilə qonşudur, Quzey Azərbaycanla qonşudur. Hələ Qarabağ savaşından sonra İran-Azərbaycan gərginliyi artıb. İranın öz içində də ciddi bir Güney Azərbaycan Milli Hərəkatından söz edə bilərik və bu hərəkat birbaşa bağlanır İrandakı türk məsələsinə və bu, Tehrana, Şiraza, İsfahana və Kirmanşaha qədər yayılır. İranın sabiq xarici işlər nazirinin dili ilə desək, İran nüfusunun 40 faizi türk dilində danışır və bu türklərin hamısının bir gözü Tehranda olsa bir gözü də Təbrizdədir.”

Məcid Araz əlavə edir, “İranın bu çalxantılı dönəmində türk kütləsininin və dolayısı ilə Azərbaycanın və dolayısı ilə Təbriz şəhərinin çox kritik bir önəmi var. Onun üçün bunlar Şərqi Azərbaycanın valiliyini birbaşa bir Sepah mənsubuna veriblər ki, lazım olduğu zaman bir hərbi kontrol tətbiq edə bilsinlər.”

XS
SM
MD
LG