Accessibility links

Zəncan sement zavodunun işçiləri kütləvi şəkildə işdən çıxarılıb


Əmək hüquqları müdafiəçiləri İranın Zəncan vilayətinin Xəmsə sement zavodunda işçilərin kütləvi şəkildə işdən çıxarılmasına dair məlumat yayıb.

“İran İşçilərinin Azad Birliyi”nin Telegram kanalında yazılanlara görə, Zavod rəhbərliyi işçilərin işinə hüquqlarını tələb etdikləri üçün son verib.

“İşçilər iş növbələrinin dəyişdirilməsi, əmək nümayəndələrinin seçilməsi və maaşlarının artırılması kimi haqlı tələblərini səsləndirdikləri üçün işdən çıxarılıb,” birliyin xəbərində deyilir.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) yaydığı məlumata əsasən, Xəmsə sement zavodunun işçiləri keçən həftələrdə tələblərini gündəmə gətirmək üçün tətil və piket keçiriblər.

Günaz TV-nin xəbərinə görə, təqribən üç həftə əvvəl Xəmsə zavodunda aksiya keçirən işçilər “maaşların artırılması, isti yemək verilməsi və bəzi digər hüquq və ödənişlərini tələb ediblər. İşçilər aksiya zamanı zavodun maliyyə müdiri daxil olmaqla, bəzi menecerləri qapıya qədər müşayiət edərək binadan qovublar.

Son vaxtlar İranın müxtəlif vilayətlərində məişət şəraiti ilə əlaqədar etiraz səsləri kəskin artıb. Keçən bir neçə ay ərzində müxtəlif sektorlarda çalışan işçilər yüzlərlə piket və etiraz aksiyası təşkil ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG