Accessibility links

Urmiyədə 5 məhkumdan ikisi edam, üçü isə əfv edilib


Bazar ertəsi günü edam mərasiminə hazırlıq üçün Urmiyə həbsxanasının təkadamlıq kameralarına yerləşdirilən 5 edam məhkumundan ikisinin edam, üçünün isə əfv edildiyi bildirilir.

Bu barədə insan haqları qrupları və İran ədliyyə sisteminin Mizan xəbər agentliyi məlumat yayıb.

Peyman Babaxani, Mirəli Hüseyni, Cəfər İsmaili, Səid Ərməd və Osman Səhrayi bazar ertəsi günü ölüm cəzasının tətbiq edilməsi üzrə Urmiyə mərkəzi həbsxanasının təkadamlıq kameralarına göndərilmişdilər.

HRA agentliyi və “İran HR” təşkilatının yaydığı məlumata görə, Peyman Babaxani və Mirəli Hüseyninin ölüm cəzası martın 15-də tətbiq edilib. İbrahim Nəsirxah adlı bir məhkum da martın 14-də Urmiyə həbsxanasında dar ağacından asılmışdı.

Mizan xəbər agetnliyi qisasa məhkum olmuş üç nəfərin qan sahibləri (qətlə yetirilən şəxsin ailəsi) tərəfindən əffv edildiyinə dair məlumat yayıb.

Agentlik Qərbi Azərbaycan Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbatiyə istinadən bildirib ki, “37 il əvvəl başladılan mühakimə prosesi nəticəsində qisasa məhkum olan 3 şəxsin edam edilməsi üçün hazırlıq mərhələləri tamamlanmışdı. Lakin sülh heyətinin səyləri və qan sahiblərinin əfvi ilə məhkumlar dar ağacından xilas oldular.”

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG