Accessibility links

Babək Bəxtavər: Kimlik dərdi yaşayan xalqlar Ukrayna xalqının mücadiləsindən ilham alırlar


Babək Bəxtavər
Babək Bəxtavər

Siyasi fəal Babək Bəxtavər Amerikanın Səsi ilə söhbətdə deyir ki, milli dövlət və ya kimlik mövzusunda dərdli olan xalqlar Ukrayna xalqının Rusiyaya qarşı müqavimətindən ruh alırlar.

please wait

No media source currently available

0:00 0:12:34 0:00

Bəxtavər hesab edir ki, bu müharibə demokratiya və plüralizm ilə avtoritarizm və diktatorluq arasında baş verən bir müharibədir.

Rusiya İslam Cümhuriyyətinin birinci dəstəkçisidir. Rusiya-Ukrayna müharibəsi bizə o cəhətdən önəmlidir ki, Rusiyanın udması İslam Cümhuriyyətinin daha da güclənməsinə səbəb olar.

“Rusiyanın hədəfi Ukraynanın tamamını ələ keçirmək və oraya elə bir dövlət gətirmək idi ki, o dövlətlə istədiklərini çox rahat [əldə etsin]. Məsələn, bu şəkildə Krımın və Donbasın Rusiyanın torpağı olmasını hüquqiləşdirmək və rəsmiləşdirmək istəyirdi. Amma bu olmadı,” siyasi fəal deyir.

Babək Bəxtavərin sözlərinə görə, beynəlxalq ictimaiyyət Ukraynanın bu səviyyədə bir müqavimət sərgiləyəcəyini gözləmirdi:

“Ümumiyyətlə, dünyada belə bir təsəvvür yox idi ki, hətta Avropada, bəlkə Amerikada da düşünmürdülər ki, Ukrayna Rusiyanın qarşısında bu dərəcədə müqavimət göstərəcək, millət olaraq və dövlət olaraq. Amma Zelenski oranı tərk etmədi. Millət də göstərdi ki, dayanıb.”

O, Ukraynada baş verənlərin bir çox cəhətdən tarixi əhəmiyyət daşıdığını, xüsusilə Rusiyaya qonşu olan və ya Rusiyanın nüfuzu altında yaşayan bölgə xalqlarına nümunə təşkil edəcək hadisələr olduğunu önə çəkir.

Ukrayna milləti göstərir ki, uduzmuş bir millət deyil. Tarix yazır burada. Bizim üçün, yəni İran Azərbaycanı üçün də mühüm budur ki, Ukraynanın millət-dövlət olaraq müqavimətində necə dərslər var.

“Bu, İkinci Dünya Müharibəsindən sonra gerçəkdən irimiqyaslı bir dəyişimdir... Ukrayna milləti göstərir ki, uduzmuş bir millət deyil. Tarix yazır burada. Bizim üçün, yəni İran Azərbaycanı üçün də mühüm budur ki, Ukraynanın millət-dövlət olaraq müqavimətində necə dərslər var. Çünki, Ukrayna özü Rusiyanın tərkib hissəsi olub. İndi adı Sovet Birliyi olsun və ya Çar Rusiyası. Ukrayna tarixdə neçə dəfə istiqlal almağa cəhd göstərib. Bu baxımdan Ukrayna məsələsi Güney Azərbaycan və Quzey Azərbaycan üçün, habelə başqa türk dövlətləri ki, Türk Birliyində vardılar, onlar üçün də çox önəm daşıyır,” Londonda yaşayan fəal ifadə edir.

O deyir ki, “xüsusilə millət-dövlət və kimlik dərdi olanlar Ukraynanı özlərinə örnək götürürək ruh alırlar.”

Babək Bəxtavərin dediklərinə görə, İran Azərbaycanındakı milli hərəkata mənsub qüvvələr bilir ki, Rusiyanın bu müharibədən qalib çıxması İslam Respublikasının da güclənməsinə yol açacaqdır.

“Rusiyanın zəifləməsi pan-İranizmə də zərbədir. Görürük ki, İranşəhri və pan-İranist qüvvələr də Rusiyanı müdafiə edirlər. Rusiya İslam Cümhuriyyətinin birinci dəstəkçisidir. Suriyada da Bəşər Əsədin iş üstündə qalmasının birinci səbəbi Rusiyadır... Rusiya-Ukrayna müharibəsi bizə o cəhətdən önəmlidir ki, bu, demokratiya və plüralizm ilə avtoritarizm və diktatorluğun müharibəsidir. Onun üçün önəmlidir ki, Rusiyanın udması İslam Cümhuriyyətinin daha da güclənməsinə səbəb olar. Səbəb olar ki, İran və İran kimi ölkələr, öz aqressiv siyasətlərini davam etdirmək üçün nüvə proqramına daha da həvəslənsinlər.”

XS
SM
MD
LG