Accessibility links

Təbrizli təqaüdçülər ənənəvi bazar günü aksiyalarını davam etdirir


İranda təqaüdçülərin ənənəvi bazar günü mitinqlərinin davamında yüzlərlə təqaüdçü aprelin 24-də Təbriz və İranın bir neçə digər şəhərində piket keçirib.

Əmək hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, Təbrizdə Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülər təşkilatın Şərqi Azərbaycan vilayəti baş idarəsinin önündə toplaşıb.

Sosial şəbəkələrdə yayılan xəbər və görüntülərə əsasən, bu bazar günü təqaüdçü aksiyaları Təbrizdən əlavə Ərak, Kirmanşah və İlam şəhərlərində də baş tutub.

Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülərin təmsilçiləri əvvəlki həftələrdə agentliklərə müsahibə verərək tələblərini gündəmə gətiriblər. Onlar əmək haqqının real yaşayış xərclərinə uyğun olaraq müəyyən edilməsi, sığorta hüquqlarının tanınması və maaşların bərabərləşdirilməsi layihəsinin tam tətbiq edilməsi kimi tələblər irəli sürürlər.

Müəllimlər və məktəb xidmətçilərinin aksiyası
Müəllimlər və məktəb xidmətçilərinin aksiyası

Son günlərdə Təbrizdə Şərqi Azərbaycan vilayətinin təlim və tərbiyə baş idarəsinin önündə də etiraz aksiyası keçirilib. “İran İşçilərinin Azad Birliyi”nin Telegram kanalı aksiyanın aprelin 21-də müəllimlər, habelə məktəb xidmətçiləri və qapıçıları tərəfindən təşkil olunduğunu bildirib. Aksiyaya qatılanlar İranın Təhsil Nazirliyinə çalışan müəllimlər və məktəb qapıçıları üçün “yoxsulluq səviyyəsinin üstündə” maaş tələb ediblər.

Son bir neçə ay ərzində İranda müxtəlif sektorlarda çalışan işçilər yüzlərlə piket və etiraz aksiyası təşkil ediblər. Mitinqlərdə ən çox “maaşların bərabərləşdirilməsi” tələbi gündəmə gətirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG