Accessibility links

Təbrizdə səhiyyə işçiləri piket keçirib


Özəl sektorda çalışan səhiyyə işçiləri mart ayının 2-də Təbrizdə şəhər icra hakimiyyətinin binası önündə aksiya keçirib.

Sosial şəbəkələrdə yayılan videolarda nümayişçilərin əksəriyyətinin qadın olduğu görünür. Onlar, üzərində “gecikməsiz, müntəzəm və ədalətli əmək haqqı işçilərin təbii hüquqdur”, “sizin vədlərinizdən bizə çörək çıxmadı” və “sağlamlıq müdafiəçiləri, xidmət yolunun əsirləri” kimi cümlələrin yazıldığı plakatlar nümayiş etdiriblər.

“İran təqaüdçülərinin şurası”nın Telegram kanalında yayılan məlumata görə, Təbrizdə piket keçirən səhiyyə işçiləri 6 aydır maaş almayıblar.

Təbrizdə özəl sağlamlıq mərkəzlərinə çalışan işçilər keçən aylarda da dəfələrlə aksiya təşkil ediblər. Xüsusilə pandemiya dönəmində iş və məişət şəraitinin olduqca ağırlaşdığından şikayət edən nümayişçilər statuslarının dəyişdirilməsini istəyir. Onlar, habelə maaşlarının dövlət sektorunda çalışan səhiyyə işçilərinin aldığı əmək haqqına uyğun olaraq bərabərləşdirilməsini tələb edir.

Son bir neçə ay ərzində İranda müxtəlif sektorlarda çalışan işçilər yüzlərlə piket və etiraz aksiyası təşkil ediblər. Mitinqlərdə ən çox “maaşların bərabərləşdirilməsi” tələbi gündəmə gətirilir.

XS
SM
MD
LG