Accessibility links

Azərbaycan mətbuatının durumu: məhdudiyyətlər, şərtlər və qorxu


Sərhədsiz Reportyorlar təşkilatı 2022-ci üçün il Dünyada Mətbuat Azadlığı İndeksini dərc edib. Medianın müstəqil fəaliyyət imkanlarını və üzləşdiyi çətinlikləri ölçən indeksdə Azərbaycan mətbuatın azadlığına görə 39.40 balla 180 ölkə arasında 154-cü yerdə qərarlaşıb.

Bütövlükdə Azərbaycanın bu indeksdə göstəricisinin son illər ərzində sabit olaraq tənəzzüldə olduğu müşahidə edilir. 2013-cü ildə Mətbuat Azadlığı İndeksində 52.27 bal toplamasına baxmayaraq, bu bal illər ərzində tədricən düşməklə, builki göstəricisi ilə ən aşağı balına çatmışdır.

Azərbaycan mətbuatının mövcud durumu ilə bağlı söhbətimizdə media hüquqları üzrə ekspert Rəşid Hacılı bildirir ki, Azərbaycan hakimiyyəti illər ərzində inzibati resursları istifadə edərək müxtəlif media vasitələrini nəzarət altına alıb:

Rəşid Hacılı: “Azərbaycan mətbuatında inkişaf yox, əksinə reqres var”
please wait

No media source currently available

0:00 0:02:55 0:00

“Televiziya və radio vasitələrinə lisenziyanı hökumət verdiyinə görə və maliyyəsi böyük olduğuna görə, hökumətdən başqa kiminsə maliyyəsi olmadığına görə, bu tamamilə hökumətin nəzarəti altındadır, hakimiyyətin nəzarəti altındadır. Çap mediasında isə məsələ belədir ki, birinci çap qurumları, nəşriyyatlar və s. hökumətin nəzarəti altında olduğuna görə tənqidçi medianı çap etmirlər. Axırıncı belə çap olunan tənqidçi media yəqin ki, hardasa bir 7-8 il bundan əvvələ tapmaq olardı.”

Cari ilin əvvəlində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yeni media qanununi imzaladı. Mətbuat və vətəndaş cəmiyyəti nümayəndələri, o cümlədən beynəlxalq təşkilatlar bu qanunun müzakirəsində geniş ictimaiyyətin iştirak etmədiyini və tənqidlərin nəzərə alınmadan sürətli şəkildə qəbul olunduğunu qeyd edirlər. Azərbaycan rəsmiləri isə yeni qanunun ölkə mətbuatında problemlərin həll olunmasına, medianın keyfiyyətinin və peşəkarlığının artmasına xidmət edəcəyini bildirirlər.

Azərbaycan mətbuatın vəziyyətin yaxşılaşdırılması üçün ciddi addımların atılmalı olduğunu deyən media eksperti Xalid Ağalıyev əlavə edir ki, bu istiqamətdə nəinki neç bir addım atılmır, əksində bütün tədbirlər medianın azadlığının daha da məhdudlaşdırılmasına gətirir:

Xalid Ağaliyev: “Vəziyyətin yaxşılaşdırılması üçün ciddi addımlar atılmalıdır”
please wait

No media source currently available

0:00 0:02:20 0:00

“Media haqqında qanun bu ilin əvvəlində qəbul olunsa da, onun işə düşməsi yəqin ki, ilin sonuna çəkəcək. Mən düşünmürəm ki, bu qanun azad medianın fəaliyyətinə müsbət təsir göstərən bir sənəd olacaq. Amma indiki şəraitdə müşahidə olunan əsas tendesiya bundan ibarətdir ki, medianın özünü tənzimləməsi, jurnalistikanın özünü tənzimləməsindən demək olar ki, tamamilə imtina olunur. Jurnalistlərin, medianın adi etika qaydalarının yazılmasından tutmuş, digər daha mürəkkəb məsələlərə qədər, hamısını dövlət öz üzərinə götürməyə başlayır.”

Sosial media tədqiqatçısı Cavid Ağa da Azərbaycan hökumətinin mediaya daha çox azadlıq verməlı olduğu halda, əskində yeni media qanunu ilə daha çox tənzimləmələrə əl atdığını qeyd edir:

“Media azad olsa, keyfiyyətlə bağlı problemlər də avtomatik həll olunmuş olacaq. Nəzərə alsaq ki, media həm də bir biznesdir, rəqabət mühiti imkan verəcəkdi ki, bu azad media orqanları gələn tələblərə əsasən özlərini daha da təkmilləşdirsinlər.”

Media qurumlarının işinin kefyiyyətinin artması administrativ üsulla baş verməyəcəyini deyən Fakt Yoxla layihəsinin əməkdaşı Əhəd Əhədli əlavə edir ki, jurnalistlərdən müvafiq təhsilin tələb edilməsi və ya qeydiyyatdan keçmək şərtləri jurnalistlərin fəaliyyətinə məhdudiyyətin qoyulmasıdır:

Əhəd Əhədli: “Medianın keyfiyyəti administrativ üsullarla artmayacaq”
please wait

No media source currently available

0:00 0:02:15 0:00

“Rəqabət şəraitində olan media qurumları davamlı olaraq öz oxucularına ən doğru xəbəri, ən qısa müddətdə çatdırmaq üçün çalışacaqlar və bu formada rəqabət mühitində təbii ki, daha yaxşı olan media qurumu daha çox izləyici əldə edəcək, daha çox oxunacaq, daha çox məşhur olacaq.”

Rəşid Hacılının sözlərinə görə, Azərbaycan hakimiyyəti nəinki media sektorunda rəqabət şərati yaratmır, əksinə müxtəlif resurslarla və qorxu ab-havası ilə medianın fəaliyyətini çox çətin və bəzi hallarda mümkünsüz vəziyyətə gətirir:

“Müstəqil reklam bazarı olmadığına görə, heç bir müstəqil fəaliyyət göstərə bilən medianın bu bazara çatımlılığı yoxdur, ola bilməz. Çünki, heç kim hökuməti tənqid edə bilən mütəqil bir mediaya pul vermək istəmir, qorxur. Başqa aspekt ondan ibarətdir ki, tənqid edən şəxlər, media və s. bu və ya digər dərəcədə inzibati, hüquqi vasitələrlə, bəzən hətta zorakılıqlarla və s. öz fikirlərini sərbəst ifadə etməkdən çəkindirilir. Jurnalistlər həbs oluna bilir və yaxun da mətbuat qurumları ya bloklanır, ya bağlana bilir.”

Azərbaycanda mətbuatın illər ərzində üzləşdiyi inzibati və iqtisadi məhdudiyyətlər onları sosial mediadan asılı vəziyyətə gətirib. Xalid Ağaliyev bildirir ki, Azərbaycanda teleradio mediası, çap mediası, uzun illərdir hökumətin tam nəzarəti altında olduğundan, internet mediasını qismən müstəqil hesab eləmək olar: “Azad jurnalistlər daha çox bu platformadan istifadə edirlər, öz xəbərlərini bunun vasitəsilə ictimaiyyətə çatdırırlar.”

Cavid Ağa: “Sosial medianın nizamlanması qeyri-mümkündür”
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Həm televiziya, həm radio, həm də çap mediasına çıxışına məhdudiyyətlər olan Azərbaycan mətbuatının üzləşəcəyi növbəti məhdudiyyət internetlə, sosial mediayla bağlı ola bilərmi? Cavid Ağanın sözlərinə görə, ənənəvi mediadan fərqli olaraq ki, sosial medianın nizamlanması qeyri-mümkündür:

“İdarə edə bilməyəcəyimiz miqdarda sosial media saytları var. İnsanları Facebook-dan qovsaq, Twitter-ə gedəcəklər, Twitter-dən Telegram-a, Telegram-dan Reddit-ə, hətta sıfırdan yeni bir sayt yığıb ora gedə bilərlər. Yəni ki, praktiki olaraq, internet aləmində nəyisə qadağan etmək, nəyisə nizam altına almaq qeyri-mümkündür.”

Cavid Ağa əlavə edir ki, internetlə bağlı məhdudiyyətlər İran, Çin, Şimali Koreya və Türkmənistandakı kimi filter sisteminin tətbiqi ilə mümkün ola bilər: “Amma bu, Azərbaycannın üz tutduğu yollarda, Avropa yolunda və yaxud beynəlxalq aləmdə yaxşı qarşılanan bir şey deyil.”

Natiq Məmmədli: “Qanunda göstərilib ki, jurnalist peşəkar fəaliyyətini yerinə yetirərkən hər hansı müdaxilə yolverilməzdir”
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Medianın İnkişaf Agentliyinin şöbə müdiri Natiq Məmmədli Sərhədsiz Reportyorların Mətbuat Azadlığın İndeksinin metodiyası ilə razılaşmadığını bildirib və əlavə edib ki, Azərbaycanda yeni media mühiti formalaşıb və onun artıq qanunvericilik bazası da mövcuddur:

“Media haqqında qanunun beşinci maddəsində açıq şəkildə göstərilib ki, Azərbaycanda mətbuat azaddır, mətbuata hər hansı bir senzura yolverilməzdir. Qanunun altınca maddəsinin ikinci hissəsində göstərilib ki, jurnalistin peşəkar fəaliyyətini yerinə yetirərkən ona hər hansı müdaxilə yolverilməzdir. Yəni qanunvericilik baxımdan və eyni zamanda praktikada da jurnalistin fəaliyyət göstərməsi üçün hər hansı bir müdaxilədən, hər hansı təsirdən danışmaq, bu, bizim tərəfimizdən qəbul edilmir.”

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG