Accessibility links

Janna Kavelye: "Media haqqında yeni qanun senzuranı qanuniləşdirir və mətbuat azadlığını tapdalayır"


Janna Kavelye: Media haqqında yeni qanun senzuranı qanuniləşdirir və mətbuat azadlığını tapdalayır
please wait

No media source currently available

0:00 0:06:01 0:00

Janna Kavelye: Media haqqında yeni qanun senzuranı qanuniləşdirir və mətbuat azadlığını tapdalayır

"Sərhədsiz Reportyorlar" (RSF) təşkilatı mayın 3-də ənənəvi Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb. Bu indeksdə Azərbaycan 180 dünya ölkəsi arasında mətbuatı azad olmayan ölkələrin sırasında, 154-cü yerdə qərarlaşıb. "Sərhədsiz Reportyorlar" təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavelye Amerikanın Səsinə müsahibədə Azərbaycanda son bir ildə media sahəsində baş verən dəyişikliklərdən danışıb.

Amerikanın Səsi: Sərhədsiz Reportyorlar təşkilatı 2022 Dünya Mətbuat Azadlığı İndeksini yayıb. Azərbaycan 180 ölkə arasında 154-cü yerdə sıralanıb, ötən il isə 167-ci yerdə sıralanmışdı. 2021-ci ildə ölkədə media sahəsində hər hansı irəliləyişlər olubmu?

Janna Kavelye: Xeyr, heç bir irəliləyiş olmayıb. Əslində biz metodikanı dəyişmişik. Bu, vəziyyətin yeni təsviridir. Biz hər hansı yaxşılaşma görməmişik. Bunun səbəni yeni metodolgiyadır ki, o beş göstərici əsasında hazırlanır: siyasi kontekst, hüquqi çərçivə, iqtisadi kontekst, sosial-mədəni kontekts və təhlükəsizlik. Bunun bir başqa səbəbi həm də ətrafındakı ölkələrin sıralamasıdır. Çünki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin həmin ölkələrdə, habelə ətrafdakı ərazilərdəki ölkələrdə mətbuat azadlığına dəhşətli təsir göstərir.

Biz deyə bilərik ki, faktiki olaraq, Azərbaycan reytinqin ən pis kateqoriyasında sıralanıb və orada mətbuat azadlığının durumu çox ciddi olaraq təsnif edilir.

Amerikanın Səsi: Siz metodikalar barədə danışdınız. Azərbaycanda mətbuat azadlığının qiymətləndirilməsinin metodikası haqqında nə deyə bilərsiniz? Azərbaycanda media mühiti necə qiymətləndirilir?

Janna Kavelye: Mən metodikanın özündən bəhs edə bilərəm, xüsusilə Azərbaycan üçün deyil, çünki üsul eynidir. Bütün dünya üçün eyni metodikadan istifadə olunur. Ona görə də çətindir. Sərhədsiz Reportyorların indeksi çox güclü metodikaya əsaslanır.

İndeks dünya boyu mütəxəssilərə göndərilən 123 kriteriyası olan suallara cavabların əsasında hazırlanıb. Yəni indeks Sərhədsiz Reportyorların sualları cavablandırması üçün seçdiyi mütəxəssiləslərin təcrübəsinə əsaslanır. Bu insanlar müxtəlif peşələrə sahibdirlər. Onlar arasında hər hansı millətçi və ya anti-millətçi qərəz olmadan ölkədəki mətbuat azadlığını təsvir edə biləcək jurnalistlər, blogerlər, akademiklər, sosioloqlar və hüquqşünaslar var.

Metodikanın məqsədi indeksinin aydınlığını təkmilləşdirməkdir və ənənəvi elmə, üsullara, elmi metodlara əsaslanır. Ona görə də biz kriteriyanın keyfiyyətini yaxşılaşdırmaq istəyirdik.

Amerikanın Səsi: Prezident İlham Əliyev 2022-ci ilin fevralında “KİV haqqında” yeni qanunu imzalayıb. Sizcə, müstəqil və müxalifət medianın onsuz da susdurulduğu ölkədə bu yeni qanun nəyi dəyişəcək?

Janna Kavelye: Əlbəttə ki. Prezident İlham Əliyev hələ də mətbuat azadlığının qənimidir və biz yeni media haqqında qanunun onun ölkəsinin mətbuat azadlığı ilə bağlı beynəlxalq öhdəliklərini pozduğunu görürük. Ona görə qə qanunun yenidən nəzərdən keçirilməsinə çağırırıq.

Qısa desək, bu qanun senzuranı qanuniləşdirir və mətbuat azadlığını tapdalayır. Biz, məsələn, jurnalistlərin həbs olunduğunu və polislərin onlara “Siz yeni media qanunu pozmusunuz” dediyinə şahid olmuşuq. Yəni, konrekt olaraq, bu qanuna görə jurnalistlər daha da çox repressiyaya məruz qalırlar.

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyət Azərbaycan kimi mətbuat azadlığının “çox pis” vəziyyətdə olduğu ölkələrdə media azadlığının qorunmasına kömək etmək üçün nə edə bilər?

Janna Kavelye: Beynəlxalq ictimaiyyət Azərbaycanla əlaqələrini kəsə bilməz və əvəzində hakimiyyətə həm Azərbaycan sərhədlərinin daxilində, həm də onun hüdudlarından kənarda, xüsusilə Avropa ölkələrində həyata keçirdiyi bu qəddar repressiyaya son qoyması üçün təzyiq göstərməlidir. Biz keçən il Fransada Məhəmməd Mirzəli adlı blogerə qarşı çox zorakı hücumun olduğunu gördük. Çox şiddətli. O bir neçə dəfə bıçaqlanmışdı və az qala öləcəkdi.

Biz keçən həftə hücumu həyata keçirənlərin bəzilərinin həbs olunduğunu gördük, amma bu kifayət deyil. Polis bu cinayəti sifariş edənləri və Azərbaycan hökuməti ilə əlaqəni tapmalıdır.

Amerikanın Səsi: Azərbaycanda medianın vəziyyəti dünya trendləri ilə necə müqayisə olunur?

Janna Kavelye: Azərbaycan mətbuat azadlığı baxımından ən pis kateqoriyadadır, ona görə də Rusiyada, Belarusda, Çində baş verənlərlə müqayisə oluna bilər. Onlar eyni kateqoriyadadır.

Məsələn biz ötəl il həmçinin öyrəndik ki, Azərbaycanda jurnalistlər birmənalı olaraq, Pegasus izləmə proqramını satan İsrail şirkəti, NSO Group-un müştərisi olan Azərbaycan hakimiyyəti tərəfindən izlənir.

Bu həqiqətən də Azərbaycan hakimiyyətinin jurnalistləri izlədiyinin və jurnalistlərin hakimiyyət tərəfindən hədəf alındığının sübutudur.

Bir də qeyd etmək istəyirəm ki, Sərhədsiz Reportyorlar hazırda həbsdə olan və ona qarşı rəftarı və ədalətin ləngidilməsini pisləmək üçün bir neçə dəfə aclıq aksiyası keçirən jurnalist Polad Aslanlıya qarşı pis rəftarı qətiyyətlə pisləyir.

XS
SM
MD
LG