Accessibility links

Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçüləri tranzit yüklərin sürətli keçidi ilə bağlı müzakirə aparıb


Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçüləri
Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçüləri

Azərbaycandan tranzit keçməklə Gürcüstan, Türkiyə marşrutu ilə hərəkət edən yük nəqliyyat vasitələrinin gömrük-keçid məntəqələrində yaranan sıxlıqlarının aradan qaldırılması məqsədilə mayın 12-də gömrük orqanlarının nümayəndələri arasında üçtərəfli görüş keçirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, Türkiyə ilə Gürcüstan arasındakı Sarp gömrük-keçid məntəqəsində keçirilən görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov, Komitəsi sədrinin müavini Cavad Qasımov, Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə, Türkiyənin Kaşqar Ticarət və Gömrük bölgə müdiri Rəcəp Bilgiç, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük departamentinin rəhbəri Zurab Siçinava iştirak ediblər.

Görüşdə beynəlxalq tranzitin inkişafı, regiondan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması məqsədilə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Son dövrdə hər 3 ölkənin ərazisindən tranzit qaydada keçən nəqliyyat vasitələrinin sayının kəskin şəkildə artdığı bildirilib və sərhədkeçmə proseslərinin sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Türkiyənin Hopa rayonu yaxınlığında inşa olunan yeni terminal avtomobil axınının daha da sürətli hərəkətinə şərait yaradacaq. Eyni zamanda, Türkiyə-Gürcüstan sərhədindəki Türkgözü gömrük-keçid məntəqəsində aparılan yenidənqurma işlərinin qısa zaman kəsiyində yekunlaşdırılacağı, bununla da sərhədkeçmə proeslərinin sürətlənəcəyi və sıxlıqların aradan qaldırılacağı bildirilib.

Bundan başqa, avtomobillərin sıxlığının aradan qaldırılması məqsədilə Sarp gömrük-keçid məntəqəsindən nəqliyyat vasitələrinin Gürcüstan-Türkiyə sərhədindəki Karçaxi-Aktaş müqabil gömrük-keçid məntəqələrinə yönləndirilməsinə qərar verilib.

Ekspertlər Rusiya-Ukrayna müharibəsi başlayandan Transxəzər nəqliyyat dəhlizi, yəni TRACECA xətti ilə yükdaşımaların, həcminin durmadan artdığını bildirir.

TRACECA - Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayanadan sonra Çin Rusiya üzərindən Avropaya konteyner daşımalarının TRACECA xətti ilə daşınmasına üstünlük verir.

Onun sözlərinə görə, müharibəyədək il ərzində Rusiya üzərindən bir milyondan çox konteyner daşınıb. Milli katib deyib ki, 2022-ci ilin sonunadək TRACECA dəhlizi ilə yük axınının 5 dəfəyədək artacağı gözlənilir.

XS
SM
MD
LG