Accessibility links

Şahin Hacıyev: Ukrayna xalqına dəstək birmənalı hiss olunur


Şahin Hacıyev

Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində Rusiya-Ukrayna müharibəsinin Azərbaycan medasında işıqlandırılmasından və Azərbaycan ictimai fikrində müharibəyə münasibətdən danışıb.

Şahin Hacıyev: Azərbaycan əhalisi Ukraynanın haqq işini dəstəkləyir
please wait

No media source currently available

0:00 0:06:35 0:00

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsi Azərbaycan mediasında necə işıqlandırılır? Ölkə əhalisinə müharibə, onun səbəb və nəticələri ilə bağlı hərtərəfli, reallığı əks etdirən xəbərlər çatdırılırmı?

Azərbaycan əhalisi, Azərbaycan hökuməti Ukrayna tərəfindədir, Ukraynanın haqq işini dəstəkləyir.

Şahin Hacıyev: Burada məsələ birmənalı deyil. Rəsmi mövqe belədir ki, Rusiya ilə münasibətləri korlamaq olmaz. Halbuki, Azərbaycan əhalisi, Azərbaycan hökuməti Ukrayna tərəfindədir, Ukraynanın haqq işini dəstəkləyir. Eyni zamanda geosiyasi vəziyyət belədir və bizi məcbur edir ki, reallığı nəzərə alaraq, sadə dillə desək, Rusiyanın üzərinə çox gedilməsin. Bu, eyni vaxtda mətbuatda da öz əksini tapır. Lakin ona baxmayaraq, hətta hökumətyönümlü və rəsmi mətbuat, Azərbaycan Dövlət Televiziyası başda olmaqla, birmənalı olaraq Ukraynanıın haqq işini mümkün qədər işıqlandırmağa çalışır. Fərq yalnız ondadır ki, faktlar sadalanır, lakin onlara qiymət verilmir. O mənadakı Rusiyanı işğalçı, aqressor adlandırmırlar. Lakin Ukraynanın haqlı olduğunu, Ukraynanın ərazi bütövlüyünün qorunması, Ukrayna xalqına dəstək birmənalı hiss olunur.

Amerikanın Səsi: Bir sıra ekspertlər Azərbaycan mediasının əksəriyyətinin hökumətin nəzarətində olduğunu bildirir. Bu halda hökumətyönümlü media ilə müstəqil media arasında xəbərlərin işıqlandırılmasında nə qədər fərq var?

Müstəqil media xəbərlərin işıqlandırılmasına heç bir məhdudiyyət qoymur, qırmızı xətt yoxdur.

Şahin Hacıyev: Fərq ondadır ki, müstəqil media xəbərlərin işıqlandırılmasına heç bir məhdudiyyət qoymur, qırmızı xətt yoxdur. Yəni, vəziyyət necədir, hərbi pozuntular, sadə insanların öldürülməsi, hərbi cinayətlər, Rusiyanın haqlı olmaması, hərbi cinayət törədilməsi, onun strateji cəhətdən səhv yol seçməsi, bu, birmənalı olaraq müstəqil mətbuatda bildirilir. Lakin hökumətyönümlülər və dövlət mediası, elə bil ki, onlar üçün bu qiymətlər qırmızı xəttdir. Çalışırlar ki, bunlara toxunmasınlar. Lakin buna baxmayaraq, hətta rəsmi media Ukraynaya olan rəğbətini gizlətmir.

Amerikanın Səsi: Bəs, Ukrayna hadisələri ilə bağlı birbaşa reportajlar varmı? Ukraynada Azərbaycan jurnalistləri işləyirmi?

Ukrayna tərəfindən məhv olunmuş texnika, azad olunmuş qəsəbələr, kəndlər göstərilmir, eyni zamanda Rusiyanın siyasətinə qiymət verilmir.

Şahin Hacıyev: Ukraynada Azərbaycan jurnalistləri işləyir, lakin çox azdırlar. Maraqlı budur ki, orada Azərbaycan Dövlət Televiziyasının müxbiri işləyir. Demək olar ki, tez-tez, bəlkə də hər gün məlumatlar verir. Məlumatlar da Ukrayna rəsmilərinin məlumatlarıdır. Lakin orada da yalnız faktlar sadalanır. Yəni, Ukrayna tərəfindən məhv olunmuş texnika, azad olunmuş qəsəbələr, kəndlər göstərilmir, eyni zamanda Rusiyanın siyasətinə qiymət verilmir. Orada işləyən digər jurnalistlər çox azdır. Onlardan biri də Turan agentliyinin foto-müxbiridir. Hansı ki, artıq ikinci dəfədir Ukraynada səfərdədir. Foto, videio materiallar çəkib göndərir. Digər azərbaycanlı jurnalistlər öz təşəbbüsü ilə orada çox qısa müddətdə olub, işləyənlərdir. Lakin təəssüf ki, onlar çox azdır.

Amerikanın Səsi: Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) Azərbaycanın bir sıra media saytlarına blok qoyub. Sizcə bunun səbəbi nədir?

Azərbaycanda adları çəkilən bir neçə sayt Rusiya siyasətini, Rusiyanı çox ciddi tənqid edir.  

Şahin Hacıyev: Bu, Rusiyanın müharibə dövründə ümumi siyasətidir. Məqsəd ondan ibarətdir ki, Rusiya oxucuları, əhalisi mümkün qədər az obyektiv məlumat əldə edə bilsin. Səbəbi də aydındır. Rusiyada indi, hazırda senzura var. Məlumatlar birtərəfli verilir. Rəsmi mövqedən fərqli olan məlumatların hamısının qarşısı alınır. Hətta məlumdur ki, Facebook, Tvitter, İnstaqram bloklanıb. Yəni insanlar, Rusiya əhalisi kənardan heç bir məlumat əldə edə bilməsin. Bu, müharibə dövrünün bir qaydasıdır. Lakin buna baxmayaraq, məlumat insanlara çatır. Saytların bloklanması da məhz bununla bağlıdır ki, Azərbaycanda adları çəkilən bir neçə sayt Rusiya siyasətini, Rusiyanı çox ciddi tənqid edir.

Amerikanın Səsi: Bəs Azərbaycan əhalisi Rusiya-Ukrayna müharibəsini necə qarşılayıb? İctimai fikir Ukraynanı, yoxsa Rusiyanı müdafiə edir?

Ukraynanın haqq işi heç kəsdə şübhə doğurmur və əhali də bunları nəzərə alaraq ictimai səviyyədə bacardıqca Ukraynaya dəstək verməyə hazırdır.  

Şahin Hacıyev: İctimai fikir təbii ki, Ukraynanın tərəfindədir. Burada heç bir şübhə yoxdur. Məsələ burasındadır ki, əhali də artıq siyasi cəhətdən kifayət qədər savadlıdır. Yəni, Rusiyanın Qarabağda sülhməramlılarının olmasını nəzərə alaraq, Rusiya ilə münasibətlərin korlanması bizim üçün ciddi problem yarada bilər. Eyni zamanda Ukraynanın haqq işi heç kəsdə şübhə doğurmur və əhali də bunları nəzərə alaraq ictimai səviyyədə bacardıqca Ukraynaya dəstək verməyə hazırdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Odessaya raket zərbəsi endirib, ən azı 20 nəfər həyatını itirib
please wait

No media source currently available

0:00 0:10:27 0:00
XS
SM
MD
LG