Accessibility links

Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində 2006 qanlı qiyamının qurbanları anılıb


Sulduz - 25 May 2022
Sulduz - 25 May 2022

2006-cı ilin may ayında İran Azərbaycanında baş qaldıran kütləvi üsyan zamanı Sulduz (Nəğədə) şəhərində həyatını itirən etirazçıların xatirəsi anılıb.

Sosial şəbəkələrdə yayılan xəbərlər və görüntülərə əsasən, 16 il əvvəl may ayının 25-də Sulduzda baş qaldıran qanlı qiyamın qurbanlarının yaxınları və bir qrup ictimai fəal çərşənbə günü ənənəvi “Sulduz Şəhidlərinin anım törənini” keçirmək üçün Sulduz məzarlığında toplaşıblar.

Kütləvi üsyanlar xüsusilə, Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi ilə qanlı şəkildə yatırılıb.

Mayın 25-də hərbi qüvvələrin Sulduzda küçəyə çıxan etirazçılara atəş açması nəticəsində bir çox etirazçı yaralanıb, azı dörd vətəndaş, o cümlədən Hüseyn Fəthipur (16), Tövhid Azəriyyun (26), Himmət İsimzadə (35) və Əsgər Qasımi (39 yaşında) olay yerində öldürülüb. Həmin gün qırma güllələr ilə gözlərindən vurulan Daryuş Təbbaxi görmə qabiliyyətini itirmişdi. O, 6 il sonra 2012-ci ildə beynində qalan qırmanın törətdiyi infeksiya səbəbilə dünyasını dəyişib.

25 may 2006-da Sulduzda öldürülən yeniyetmə Hüseyn Fəthipurun qardaşı Kərim Fəthipur daha əvvəl Amerikanın Səsi ilə müsahibədə həmin gün baş verənləri anladıb.

2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan "İran" jurnalında dərc edilən karikaturalar qiyamın başlamasına səbəb olmuşdu. Karikaturada bir uşağın hamam böcəyinə farsca verdiyi suallara hamam böcəyi türkcə cavab verir. Yazıda, həmçinin hamam böcəklərini məhv etməyin yolları müzakirə edilib.

XS
SM
MD
LG