Accessibility links

Məhsa Mehdili: May qiyamı kimin yanımızda və kimin qarşımızda olduğunu bizə göstərdi


Məhsa Mehdili deyir ki, “biz 2006 may aksiyalarından sonra İranda və hətta dünyada Güney Azərbaycan Milli Hərəkatına və ümumiyyətlə İranda türklərin hüquqlarına kimlərin necə yanaşdığını anladıq.”

please wait

No media source currently available

0:00 0:14:14 0:00

Amerikanın Səsinə danışan türk fəal 2006-ci ilin may ayında İran Azərbaycanında baş qaldıran qiyamın mahiyyəti, habelə milli hərəkata mənsub qüvvələrin bu gün sərgilədikləri siyasi mövqe üzərində həmin qiyamın təsirini şərh edib.

2006-ci ilin mayın 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” jurnalında dərc edilən karikaturalar qiyamın başlamasına səbəb olmuşdu. Karikaturada bir uşağın hamam böcəyinə farsca verdiyi suallara hamam böcəyi türkcə cavab verir. Yazılı mətndə, həmçinin hamam böcəklərini məhv etməyin yolları müzakirə edilir. Bir neçə gün davam edən kütləvi üsyanlar xüsusilə, Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi ilə qanlı şəkildə yatırıldı.

Mehdilin həmin dövrdə təhsil aldığı Urmiyə Universiteti kütləvi etirazların əsas başlanğıc nöqtələrindən biri olub.

O, may qiyamının universitetlərdən başlanmasının böyük önəm daşıdığını vurğulayır:

Bu qiyamda bizim aydınlarımız, tələbələrimiz və küçə, yəni xalqımız birləşdilər. Xalqımızın fərqli kəsimləri, fərqli gəlir qrupları və fərqli peşələrə mənsub insanlar birləşdi. Milli hərəkatın tarixi baxımından bir dönüş nöqtəsi idi.

“Aksiyaların xüsusilə də o çətin basqı şəraitində tələbələr tərəfindən təşkil olunması məncə çox önəmlidir. Həm təşkilatçılıq forması, həm də təpkilərin mahiyyəti və səsləndirilən şüarlar baxımından nümunəvi aksiyalar keçirildi. O etirazlar bu gün üçün də nümunə təşkil edirlər. Həm mədəni formada olduğu üçün, həm də şüarların məzmunu və formalaşmış bir milli şüurun nəticəsi olaraq ortaya çıxması baxımından,” milli fəal söyləyir.

O, əlavə edir, “bu etirazlarda bir duruş sərgiləndi. Bu duruşu və bu mövqeyi sərgiləmək üçün bizim aydınlarımız, tələbələrimiz və küçə, yəni xalqımız birləşdilər. Xalqımızın fərqli kəsimləri, fərqli gəlir qrupları və fərqli peşələrə mənsub insanlar birləşdi. Milli hərəkatın tarixi baxımından bir dönüş nöqtəsi idi.”

Məhsa Mehdilinin fikrincə, may qiyamı “Güney Azərbaycan Milli Hərəkatı” ilə bağlı müxtəlif qrupların mövqeyini öyrənmək üçün bir təcrübə olub:

Urmiyə Universitetində aksiya - 16 may 2006
Urmiyə Universitetində aksiya - 16 may 2006

“Biz o aksiyalardan sonra İranda və hətta dünyada Güney Azərbaycan Milli Hərəkatına və ümumiyyətlə İranda türklərin hüquqlarına kimlərin necə yanaşdığını anladıq. Əslində böyük bir təcrübə əldə etdik. Yəni biz bir mövqe sərgiləyəndə İranın mərkəzi höküməti və mərkəziyyətçi qrupların təpkisi necə olacaq? Bunu təcrübə etdik. Hətta Türkiyədə və Azərbaycan Respublikasında müxtəlif kəsimlərin bizimlə bağlı mövqelərini anladıq.”

2006-da bu qədər şəhild verildi. Tələbələrimiz dərsdən atıldı. İşdən atılanlar oldu. Zindan çəkənlər oldu. Çoxumuzun həyatına bir şəkildə təsir göstərdi. Amma gördük ki, bizi yalnız buraxdılar. Bu da bir etimadsızlıq hissi yaratdı.

Türk fəal əlavə edir, “o günə qədər bir potensial güc olaraq görünən milli hərəkatın gücünün əməldə necə olduğunu gördük. Bu hərəkat necə dəyişiklik yarada bilər və necə bədəl ödəyər? Bunları da təcrübə etdik.”

Onun dediklərinə görə, həmin olaylar milli hərəkatın mahiyyətini İranda mövcud olan digər siyasi qüvvələrə də göstərib.

“[May qiyamı] bizim İranda olan digər hərəkatlardan müstəqil bir hərəkat olduğumuzu həm bizə, həm də mərkəziyyətçi qruplara göstərdi. Həm də nə qədər yalnız olduğumuzu bizə sübut etdi. Yəni biz Tehran mərkəzli hərəkatın bir parçası olsaq, varıq. Amma öz haqlarımız və kimliyimizdən danışsaq, Azərbaycan əleyhinə sosial və siyasi ayrı-seçkiliklərə qarşı duruş sərgiləsək, bu dəfə hökümət və digər qrupların bizə mövqeləri arasında fərq olmur,” deyə milli fəal qeyd edir.

Mehdilinin fikrincə, milli hərəkata mənsub qüvvələr may qiyamından sonra artıq daha ehtiyatlı və daha açıq gözlə hərəkət edirlər.

2006 may ayının 25-də qatıldığı etirazlarda qırma güllələrin dəyməsi nəticəsində gözlərinin işığını itirən Daryuş Təbbaxi 6 il sonra beynində qalan qırmanın törətdiyi infeksiya səbəbilə vəfat etdi.
2006 may ayının 25-də qatıldığı etirazlarda qırma güllələrin dəyməsi nəticəsində gözlərinin işığını itirən Daryuş Təbbaxi 6 il sonra beynində qalan qırmanın törətdiyi infeksiya səbəbilə vəfat etdi.

“2006-da bu qədər şəhild verildi. Tələbələrimiz dərsdən atıldı. İşdən atılanlar oldu. Zindan çəkənlər oldu. Çoxumuzun həyatına bir şəkildə təsir göstərdi. Amma gördük ki, bizi yalnız buraxdılar. Bu da bir etimadsızlıq hissi yaratdı. Biz nəyə dayanaraq onlara güvənəcəyik ki? Onlar eyni xəttə davam edirlər. İndi bu durumu nə qədər düzəldəcəklər, bu da o mərkəziyyətçi qrupların əlindədir,” deyə sabiq siyasi məhbus əlavə edir.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG