Accessibility links

Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri aclıq aksiyasına başlayıb


Əli Əliyev

İyunun 7-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevi aclıq aksiyasına başladığını bəyan edib.

Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, Əli Əliyevin aclıq aksiyasına başlamasına səbəb ona qarşı irəli sürülən ittihamlardır.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri aclığa başladığı barədə iyunun 7-də Yasamal Rayon Məhkəməsində onun barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesində bildirib.

Bugünkü məhkəmə prosesində Əli Əliyevi məhkəməyə verən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov öz nümayəndəsi ilə iştirak edib.

O, məhkəmə prosesində partiya sədrinin onun barəsində dediyi fikirləri təhqir hesab etdiyini bildirib. Əli Əliyev isə Göyüşovun sosial şəbəkələrdə yayılan intim videosu ilə bağlı dediklərinin təhqir olmadığı qənaətindədir.

Məhkəmədə Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə yayılan intim videosu nümayiş etdirildiyindən, məhkəmə prosesi qapalı keçirilib.

Vəkil deyir ki, məhkəmə linqvistik ekspertizası təyin edildiyindən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov Əli Əliyevin yenidən cəzalandırılması üçün məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb.

Göyüşov iddia edir ki, onun şəxsi həyatına aid intim görüntülər sosial şəbəkələrdə yayılandan sonra Əliyev onu təhqir edib.

Partiya sədri özü isə Göyüşovu "həbs müddətinin uzadılması üçün ortaya atılmış icraçı" adlandırıb. O vurğulayıb ki, baş verənlər siyasi fəaliyyətinə görə ona təzyiqlərin davamıdır. Əliyev belə təzyiqlərlə mübarizədən geri çəkilməyəcəyini də əlavə edib.

Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov iqtidarda olan Yeni Azərbaycan Partiyasından kənarlaşdırılıb.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. Göyüşov iddia edir ki, onun şəxsi həyatına aid intim görüntülər sosial şəbəkələrdə yayılandan sonra Əliyev onu təhqir edib.

VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG