Accessibility links

Bir qrup dindar Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib


İyunun 22-də bir qrup dindar qadın Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Onlar hüquq-mühafizə orqanlarında Allahın təhqir dilməsinə etiraz etdiklərini bildirib və həmin şəxslərin cəzalandırılmasını tələb edib.

"Üç həftəyə yaxındır ki, bu məsələyə dövlət qurumlarından heç bir reaksiya yoxdur," etirazçılardan biri Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadə və onu dəstəkləyərək aclıq aksiyasına qoşulan insanları nəzərdə tutaraq bildirirb.

Dindar qadın aksiyanın tələbini oxuyur
Dindar qadın aksiyanın tələbini oxuyur

Polis əməkdaşları etirazçılara Nərimanov rayonu ərazisində yerləşən Prezident Administrasiyasının qəbul şöbəsinə getməyi tövsiyə edib.

Aksiya zamanı insident qeydə alınmayıb.

Hazırda həbsdə olan Müsılman Birliyi Hərəkatının sədri Tale Bağırzadə iyunun 3-də dindarların dindirilməsi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının Allahı təhqir etməsinə etiraz əlaməti olaraq aclığa başladığını bildirib. Hazırda həbsxanalarda ondan çox məhbus və azadlıqda bir neçə şəxs Bağırzadənin tələblərini dəstəkləyərək aclıq edir.

Daxili İşlər Nazirliyi polislərin Allahı təhqir etməsi faktını təkzib edir və bu barədə iddiaları yalan adlandırır.

XS
SM
MD
LG