Accessibility links

Rusiyanın baş naziri və parlamentin spikeri Azərbaycana səfər edəcək - ekspert baxışı


Yaxın günlərdə Rusiyanın baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

İki ölkə arasında ticarət dövriyyəsi daim artır, siyasi əlaqələr möhkəmlənir.

"Ticarət dövriyyəsi artır. Bu artım keçən il 16 faizdən çox, bu ilin üç ayının nəticələrinə görə 5,5 faiz təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin inamlı artımı müşahidə olunur" , Putin qeyd edib.

Onun sözlərinə görə, hazırda baş nazirin və Dövlət Duması sədrinin Azərbaycana səfərləri hazırlanır.

"Amma ən əsası bizim planlarımızın, daha dəqiq desək, 2024-cü ilə qədər Rusiya-Azərbaycan birgə əməkdaşlıq planının həyata keçirilməsidir. Əlbəttə, regional təhlükəsizlik məsələləri, o cümlədən və ilk növbədə Qarabağ nizamlanması ilə bağlı məsələlər var. Biz bu barədə sizinlə danışmışıq və indi bu mövzuda bir daha danışmaq imkanımız olacaq" - deyə, Rusiya Prezidenti qeyd edib.

Öz növbəsində, İlham Əliyev görüşün iki ölkə arasında dostluq, yaxşı qonşuluq münasibətlərinin inkişafına şərait yaradacağından əminliyini ifadə edib.

"Bu gün regional məsələlər və regional münaqişələrin həlli haqqında danışmaq imkanımız olacaq. Əminik ki, Rusiya-Azəbaycan münasibətləri ölkələrimizin və xalqımızın rifahı naminə uğurla inkişaf edəcək," o qeyd edib.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə bildirib ki, indiki sərt sanksiyalar səbəbindən Rusiya xarici siyasəti tam təcrid vəziyyətinə düşüb.

"Bu səbəbdən Rusiya xarici siyasətinin fəallığı üçün çox da istiqamət qalmayıb. Xarici ölkələrlə yanaşı, postsovet ölkələri ilə də Rusiya arasında bir çox problemlər yaşanır. Hesab edirəm ki, Rusiyanın xarici siyasətində Azərbaycan bir müsbət nümunə kimi istifadə olunur. Rusiya baş nazirinin və parlamentinin spikerinin Azərbaycana səfəri ilə digər ölkələrə çox yəqin ki, bir ismarıc vermək istəyir ki, onlarla normal münasibətdə olan ölkələrlə yaxşı əlaqələr qura bilirlər. Bunu təbliğ edirlər və bu artıq hiss olunur. Putin tərəfindən digər postsovet ölkələrindən fərqli olaraq Azərbaycan həmişə bu şəkildə təqdim olunub. Səfərlər və görüşdən sonra səslənən müsbət bəyanatlar da onu göstərir ki, bu məsələ artıq Rusiya xarici siyasətinin gündəmindədir. Bu Azərbaycan üçün müsbətdir və ölkəmiz bundan öz xeyrinə istifadə etməlidir" , o qeyd edib.

Sanksiya altında olan bir sıra Rusiya müəssisələrinin Azərbaycanda istehsala başlaması ehtimalına gəlincə, Zülfüqarov hesab edir ki, Azərbaycan belə məsələlərdə çox ehtiyatlı davranacaq.

"Çünki Azərbaycanın qərb ölkələri ilə çox ciddi iqtisadi əməkdaşlığı mövcuddur. Belə cəhdlər olarsa Azərbaycan çalışacaq ki, bu, sanksiyalara zidd olmasın" , o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG