Accessibility links

Ərdəbil şəhər şurasının üzvü həbs edilib


Ərdəbil şəhər şurasının bir üzvü iyul ayının 12-də İranın kəşfiyyat qüvvələri tərəfindən nəzarət altına alınıb.

Bu haqda xəbər agentliklərinə məlumat verən Ərdəbilin Ümumi və İnqilab Məhkəmələrinin prokuroru Seyyid Abdullah Təbatəbai saxlanılan şəhər şura üzvünün adını açıqlamayıb. Ancaq tutulan şəxsin keçən dövr də şəhər şurasında olduğu bildirilib.

Yarı-rəsmi "Fars" agentliyinin xəbərinə əsasən, rüşvət almaq ittihamı ilə saxlanılan üzv təhqiqatın kəşfiyyat və məhkəmə qurumlarında tamamlanması üçün nəzarətdə saxlanılacaq.

Təbatəbainin açıqlamalarına görə, vilayətin nəzarət və informasiya orqanlarının məlumatı və mövcud sənədlər və şahidlərə əsasən sözügedən şəxsin rüşvət vermə və rüşvət alma ittihamı dəqiqdir. Saxlanılan şəxs haqqında təcili qeydi ilə məhkəmə işi təşkil olunub və ittihamları oxunduqdan sonra həbsxanaya göndərilib.

Son bir neçə ildə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətlərinin bəzi şəhərləri daxil olmaqla, İranda bir çox bələdiyyədə rüşvət və korrupsiya halları ilə əlaqədar həbslər baş verib. İran bələdiyyələrində korrupsiya hallarına dair xəbərlər zaman-zaman İran mətbuatında yayılsa da, rəsmi agentliklərdə digər dövlət qurumları ilə bağlı oxşar xəbərlərə yer verilmir.

Keçən aprel ayında Urmiyə şəhər şurasının 11 əsas üzvündən beşinin fəaliyyəti məhkəmə qərarı ilə dayandırılıb və yerləri əvəzedici üzvlər ilə dəyişdirilib. Sözügedən üzvlər haqqında korrupsiya ittihamı ilə ittihamnamə hazırlanmışdı. Urmiyə ilə bağlı faəliyyət göstərən bəzi Telegram kanallarında baş verənlərin Urmiyə şəhər şurası və dolayısı ilə Urmiyə bələdiyyəsində güc tənliklərini dəyişdirmək yönündə planlaşdırılmış əməliyyat olduğu irəli sürülür.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG