Accessibility links

Ərdəbilin sabiq bələdiyyə başqanı həbs edilib


Ərdəbil bələdiyyəsində korrupsiya və maliyyə pozuntuları ilə əlaqədar sabiq bələdiyyə başqanı daxil olmaqla, bir neçə vəzifəli şəxs nəzarət altına alınıb.

Ərdəbilin baş prokuroru Seyyid Abdullah Təbatəbai bazar günü bu barədə mətbuata məlumat verib.

İranın rəsmi IRIB agentliyinə istinadən, sabiq bələdiyyə başqanı Həmid Lütfullahiyan Ərdəbilin ümumi və inqilab prokurorluğunun qərarı ilə Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Baş prokuror Təbatəbainin bildirdiyinə görə, həmin məsələ ilə bağlı Ərdəbil bələdiyyəsində çalışan iki vəzifəli şəxs də təqribən 20 gün öncə saxlanılıblar. Təbatəbai Ərdəbil şəhər şurası üzvlərindən bir neçəsinin saxlanıldığına dair xəbərləri təkzib edib.

Son bir neçə ildə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətlərinin bəzi şəhərləri daxil olmaqla, İranda bir çox bələdiyyədə həbslər baş verib.

İran bələdiyyələrində korrupsiya hallalarına dair xəbərlər zaman-zaman mətbuatda yayılsa da, rəsmi agentliklərdə digər dövlət qurumları ilə bağlı oxşar xəbərlərə yer verilmir.

XS
SM
MD
LG