Accessibility links

Rusiya prezidenti şimal-cənub nəqliyyat dəhlizinin açılışı məsələsini gündəmə gətirib


Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Tayyib Ərdoğan

"Rusiya hökumətinin baş nazir müavinlərindən birinin rəhbərliyi altında bizim Zaqafqaziyada əlaqələr qurmaqla, infrastrukturu inkişaf etdirməklə, Cənubi Qafqazda infrastruktur məsələlərini həll etməklə məşğul olan qrupumuz var - bu, Azərbaycan, Ermənistan, Rusiyadır. Burada bu istiqamətdə, İran istiqamətində çox şey etmək olar".

Kremlin.ru saytının məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin uylun 19-da Tehranda mətbuat konfransında jurnalistlərin sualının cavabında bildirib.

Onun sözlərinə görə, Rusiya "Şimal-Cənub" nəqliyyat dəhlizinin işə salınması üçün Rəşt-Astara dəmir yolunun İran ərazisindən keçən hissəsini tikməyə hazırdır.

"İlk sınaq qatarı artıq Şimal-Cənub marşrutu ilə hərəkət edib. Bu, İran limanlarına, buradan Fars körfəzinə və Hindistana gedən qısa yoldur. Xüsusi bir bölgə var - Rəşt - Astara. Bu, İran ərazisində kiçik bir ərazidir, 146 kilometrdir. Azərbaycan bu hissənin tikintisində maraqlıdır. Biz bu yaxınlarda Xəzər sammiti çərçivəsində prezident Əliyevlə görüşdük və bu barədə müzakirələr apardıq. İran da bunda maraqlıdır və iranlı tərəfdaşlarımız bunu indi təsdiqləyiblər. Rusiya da bunda maraqlıdır, çünki bizim Rusiyanın şimalından, Sankt-Peterburqdan birbaşa Fars körfəzinə çıxışımız olacaq. Çox maraqlı və perspektivli marşrutdur. Orada məsələ bir hissəni tikməkdir, təkrar edirəm, cəmi 146 kilometr. Rusiya tərəfi bunu etməyə hazırdır. Biz bu tikintinin şərtlərini razılaşdırmalıyıq. Biz indicə iranlı tərəfdaşlarımız və dostlarımızla ümumi şəkildə danışdıq, bir daha deyirəm: Azərbaycanla aydınlaşdırdıq. Ümid edirəm ki, biz indi konkret işə başlayacağıq. Onda işin özü bizim üçün maraqlıdır, bu, əslində idxal işidir, Rusiya Dəmir Yolları üçün xidmətlərimizin idxalıdır. Bu nümunələrdən yalnız biridir" , o qeyd edib.

Xatırladaq ki, "Şimal-Cənub" dəmir yolu nəqliyyat dəhlizi Rusiyadan başlayaraq Azərbaycandan keçərək İranın cənub limanlarına qədər gedir. Gələcəkdə bu marşrut üzrə avtomobil yolunun açılması da nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG