Accessibility links

Dövlət Departamenti sözçüsü dövlət katibi Blinkenin prezident Əliyevlə son danışığını şərh edib


"Biz müəyyən irəliləyiş əldə etdiyimizi, o cümlədən erməni və azərbaycanlı tərəfdaşlarımızla ünsiyyətimizin və diplomatik danışıqlar nəticəsində bu prosesi daha da irəli apara bilmək imkanımız olduğunu düşünürük."

Bu sözləri ABŞ Dövlət Departameninin sözçü Ned Prays iyulun 26-da gündəlik brifinq zamanı səsləndirib.

Bakının ATƏT-in Minsk Qrupuna qarşı davam edən tənqidilə bağlı Turan agentliyinin sualına cavabında Prays deyib: "Biz 1994-cü ildən Minsk Qrupunun həmsədrləriyik, lakin biz artıq göstərmişik ki, Ermənistan və Azərbaycanın uzunmüddətli və hərtərəfli sülh əldə etməsinə kömək etmək üçün ikitərəfli əsasda da qarşılıqlı fəaliyyətə hazırıq".

Bazar ertəsi dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan liderlərilə son telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin qurulmasına ABŞ-ın yardımını bir daha təklif edib.

Dövlət Departamentinin sözçüsü Ned Praysın bildirdiyinə görə, erməni və azərbaycanlı tərəfdaşlarla daimi əlaqələr və diplomatik danışıqlar sayəsində müəyyən irəliləyişə nail olunub. O qeyd edib ki, bu prosesi davam etdirmək üçün Dövlət Departamentində Blinkenlə yanaşı bir sıra yüksək səviyyəli nümayəndələr hərtərəfli sülhə nail olunması üçün səy göstərildiyi vaxt həmkarlarla (Bakı və Yerevanda) qarşılıqlı fəaliyyət göstərməyə davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG