Accessibility links

Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb


Ceyhun Bayramov və Ararat Mirzoyan
Ceyhun Bayramov və Ararat Mirzoyan

İyulun 16-da Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Tbilisidə “Radisson” otelində baş tutan görüş Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilinin iştirakı ilə başlayıb.

Gürcü diplomat etimada və Tbilisidə görüş qərarına görə tərəflərə minnətdarlığını bildirib.

O, regionda sülh və sabitliyin yaradılması istiqamətində birgə səylərin nəticə verəcəyinə əminliyini ifadə edib.

Sonra Bayramov və Mirzoyan üzbəüz danışıb, daha sonra geniş tərkibdə nümayəndə heyətləri ilə danışıqlar davam etdirilib.

Ümumilikdə danışıqlar üç saat davam edib. Görüşdən sonra mətbuata açıqlama verilməyib.

Bu, 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ilk birbaşa görüş idi.

Mövzuya uyğun

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG