Accessibility links

ReAL Partiyasının fəalı ikinci dəfə 30 sutka həbsə məhkum edilib


"Respublikaçı Alternativ" (ReAl) Partiyasının fəalı Elnur Şahverdiyev 30 sutka cəza çəkdikdən sonra avqustun 14-də yenidən inzibati qaydada 30 sutka müddətinə həbs edilib.

Onun qardaşı Ramin Şahverdiyev Amerikanın Səsinə bildirb ki, Elnur ilk dəfə iyulun 14-də saxlanılıb.

"Həmin vaxt mülki geyimli şəxslər onun işlədiyi çörəkbişirmə sexinə gəliblər, "alıcıdan şikayət olduğunu" bildirərək aparıblar.

Sonradan Astara rayon Məhkəməsi onu "polisin qanuni tələbinə tabe olmamaq" ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edib," o qeyd edib.

Onun fikrincə, Elnuru facebook-dakı nəşrlərinə görə təqib edirlər, belə ki, saxlanıldıqdan sonra onun mayın 25-dən iyulun 14-nə qədər olan bütün postları silinib.

Avqustun 14-də həbs müddəti başa çatıb, amma fəal azad edilməyib. Astara rayon Məhkəməsi onu narkotik ittihamı ilə yenidən 30 sutka müddətinə həbs edib.

“Guya həbsdə olarkən Elnuru Lənkərana aparıb narkotik testindən keçiriblər, sidiyində narkotik aşkar edilib. Elnur məhkəmənin qərarını qəbul etmir və sifarişli hesab edir,” o, qeyd edib.

ReAl Partiyası Elnur Şahverdiyevin həbsini pisləyib, onun Facebook-da tənqidi postlara görə təqib olunduğunu bildirib.

XS
SM
MD
LG