Accessibility links

Birinci xanım Cill Bayden COVID-19 testi neqativ çıxdıqdan sonra Delaver ştatında prezidentlə istirahəti davam etdirir


Prezident Co Bayden nəvəsi Bo Bayden və birinci xanım Cill Baydenlə Endryus Hərbi Hava Qüvvələri bazasında təyyarəyə minməyə hazırlaşır, 10 avqust 2022.
Prezident Co Bayden nəvəsi Bo Bayden və birinci xanım Cill Baydenlə Endryus Hərbi Hava Qüvvələri bazasında təyyarəyə minməyə hazırlaşır, 10 avqust 2022.

ABŞ-ın birinci xanımı Cill Baydenin ofisi onun COVID-19 testinin neqativ nəticə verdiyini və prezident Co Baydenlə istirahət üçün səfər etdiyi Cənubi Karolina ştatında karantin müddətinin bitdiyini bildirib. Birinci xanımın ofisinin bildirdiyinə görə, Cill Bayden prezident Co Baydenlə istirahəti davam etdirmək üçün Delaver ştatında evinə qayıdır.

Ağ Ev çərşənbə axşamı 71 yaşlı birinci xanımın koronavirus üçün testinin müsbət nəticə verdiyini elan edib. Onun ilk simptomlarının bazar ertəsi meydana çıxdığı bildirilib. Ağ Ev ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin göstərişlərinə uyğun olaraq, Cill Baydenin ən azı beş gün başqalarından təcrid olunacağını və onunla yaxın təmasda olan insanlara məlumat veriləcəyini bildirib.

Cill Bayden həyat yoldaşı kimi iki dəfə peyvənd olunub və ona Pfizer şirkətinin COVID-19-a qarşı vaksini ilə iki gücləndirici peyvənd vurulub.

79 yaşlı prezident Co Bayden avqustun 7-də virusa yenidən yoluxduqdan sonra sağalıb.

Birinci xanımın ofisinin sözçüsü Elizabet Aleksander Cill Baydenə antiviral Paxlovid preparatının təyin edildiyini və ardıcıl olaraq iki COVID-19 testinin neqativ nəticə göstərməsindən əvvəl beş gün müddətində Kiava adasında yay tətili zamanı istirahət üçün evdə təcrid olunduğunu bildirib. Cill Baydenin bazar günü Delaver ştatına səfəri planlaşdırılır.

XS
SM
MD
LG