Accessibility links

Yunus Şamili: Xaricdəki müxalif qüvvələr İslam Respublikasının təhdidlərinə qarşı birgə reaksiya verə bilmirlər


Yunus Şamili

Yazıçı Salman Rüşdinin Nyu Yorkda bıçaqlanmasından sonra xaricdə fəaliyyət göstərən İran İslam Respublikasına müxalif qüvvələrin təhlükəsizliyi daha artıq müzakirə edilməyə başlayıb.

please wait

No media source currently available

0:00 0:13:08 0:00
Direct link

Amerikanın Səsinə danışan siyasi şərhçi Yunus Şamilinin sözlərinə görə, “fərqli müxalif qruplar arasında o qədər böyük uçurum var ki, İslam Respublikasının terror və şiddət aktlarına qarşı birgə hərəkətə keçə bilmirlər.”

İran İslam Cümhuriyyətinin terror və şiddət aktlarının bütün siyasi, etnik və hətta dini kəsimləri əhatə etdiyini görürük.

“İran İslam Cümhuriyyəti elə birinci ilindən xaricdə öz müxaliflərinə qarşı terror fəaliyyətlərinə başlamışdır. Biz görürük ki, bu terror aktları getdikcə fərqli sahələrdə və fərqli formalarda genişləyib və şiddəti daha da artıb. Sadəcə arada Xatəmi dövründə biraz azaldı. O, dönəm İran xarici dövlətlər ilə yaxşı əlaqələr qura bilsin deyə terror biraz azaldı. Amma ondan sonra yenə çoxalmağa başladı,” siyasi şərhçi söyləyir.

Yunus Şamili siyasi cərəyanlar, həmçinin etnik və dini icmalar daxil olmaqla xaricdə fəaliyyət göstərən bütün qruplara mənsub fərdlərin İslam Respublikasının oğurlama və ya terror əməliyyatlarına hədəf olduğunu ifadə edir:

“Birinci mərhələdə Şah rejimindən qalan generallardan, nazirlərdən başlayıb sonra davam ediblər. Baxanda hər sahədə davam edib, hətta dini kəsimlərə, bəhayilərə və xristiyanlara qarşı. Tamam kəsimləri əhatə edən əməliyyatlar görürük. Siyasi müxaliflər və hətta media mənsublarına qarşı. Mərkəzçi qruplardan məsələn şahçılara qarşı, mücahidlərə, kommunistlərə qarşı olub. Ruhullah Zəm də ki, islahatçı idi gəlmişdi xaricə. Qeyri-farslara gələndə kürdlərə qarşı, Demokrat Partiyasının liderləri Qasımlı və Şərəfkəndiyə qarşı terror aktları kimi. Bəluçlara qarşı olub. Demək olar ki, İslam Cümhuriyyətinin terror hədəfləri bütün kəsimləri əhatə edir.”

Siyasi şərhçi hesab edir ki, müxalif qüvvələr İslam Respublikasının təhdidlərinə qarşı xarici dövlətlərin dəstəyini ala biləcək qədər nüfuzlu və güclü deyillər.

Müxaliflər arasında elə böyük bir uçurum var ki, bunların yaxınlaşması və İran rejimi qarşısında, onun şiddət və terror aktlarına qarşı birgə bir hərəkətə girmək bugünki şəraitdə heç mümkün deyil

Onun sözlərinə görə, “dövlətlər prinsipdə birinci dərəcədə iqtisadi-siyasi mənfəətlərini ələ alır, insan haqlarını isə ikinci dərəcədə. Dünyada belədir yəni. Amma, başqa ciddi məsələ də var ki, xüsusilə Qərb dövlətlərinin reaksiyasını İran rejiminin qarşısında zəiflədir. O da budur ki, İran müxalifəti adlanan ciddi bir xarakter və ciddi bir avtoritet sahibi deyil. Əgər mərkəzdə məsələn toplumda ictimai bazası olan 2-3 partiya olsaydı, və ya qeyri-farslar içində, xüsusilə türklərin elə partiyaları olsaydı ki, rejimin çevrilişi mərhələsində təsirli olsun, o zaman Qərb dövlətləri də müxalifləri biraz daha ciddiyə ala bilərdilər. Ciddi reaksiyalara keçə bilərdilər. Amma, iranlı müxaliflərin zəif durumu Qərb dövlətlərini daha ehtiyatlı, daha mühafizəkar davranmağa yönləndirir.”

O, əlavə edir ki, “təəssüflə bəzi Avropa dövlətləri ilə İran arasında məsələn məhbus mübadiləsi kimi razılaşmalar İslam Cümhuriyyətinin o ziddi-insani iradəsini gücləndirir ki, daha çox terror aktları həyata keçirsin və yeri gəldiyində mübadilə etsin.”

Ölkə xaricində fəaliyyət göstərən fərqli dissident qruplar ümumiyyətlə İslam Respublikasına bağlı qüvvələr tərəfindən gələn təhidlərə qarşı rekasiya göstərməkdə yalnız qalırlar. İranlı müxaliflər arasında bu mövzuda ciddi bir həmrəylik görünmür.

Yunus Şamilinin dediklərinə görə, “elə böyük bir uçurum var ki fərqli qruplar arasında. Yəni, mərkəzçi qruplar ilə qeyri-fars xalqların bölgələrindəki hərəkatlar arasında çox böyük uçurum və çox ciddi bir baxış fərqi var. Mərkəzdəki qruplar arasında da uçurum var, yəni bu mücahiddir, bu şahçıdır, bu soldur şəklində barışılmaz bir durum var. Elə bir durumdur ki, bunların yaxınlaşması və İran rejimi qarşısında onun şiddət və terror aktlarına qarşı birgə bir hərəkətə girmək bugünki şəraitdə heç mümkün deyil. Təbii ki, İran rejimi müxaliflər arasındakı bu uçurumdan lazımi qədər istifadə edir.”

XS
SM
MD
LG