Accessibility links

Riçard Kazlariç: Sülh sazişi prosesini geri salmaq həm Yerevan, həm də Bakı üçün siyasi geriləmədir


Riçard Kazlariç: Sülh sazişi prosesini geri salmaq, həm Yerevan, həm də Bakı üçün siyasi geriləmədir
please wait

No media source currently available

0:00 0:06:27 0:00

Riçard Kazlariç: Sülh sazişi prosesini geri salmaq, həm Yerevan, həm də Bakı üçün siyasi geriləmədir

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində baş verən döyüşləri şərh edib.

Amerikanın Səsi: Səfir Kazlariç, Azərbaycan-Ermənistan sərhədində yaranmış son zorakılıqla bağlı düşüncələriniz nədir?

Riçard Kazlariç: İlk növbədə itkilərin çox olduğu görünür və bizim hər birimizi həm hərbçilərin, həm də mülki əhalinin həyatlarını itirməsi narahat etməlidir.

Deməliyəm ki, mən təəccüblənmişəm. Son dövrlərdə Yerevan və Bakı arasında birbaşa əhəmiyyətli ünsiyyətin mövcudluğu, onların sərhəd də daxil olmaqla müxtəlif mövzuları müzakirə etməsi, Paşinyan və Əliyev arasında Brüsseldə baş tutan görüşlər… Və birdən, prosesi əhəmiyyətli dərəcədə geri atacaq hərəkətləri müşahidə edirik. Özümü sanki 2020-ci ilin noyabr ayında, 44 günlük müharibənin başladığı zamanda hiss edirəm. Düşünürəm ki, insan həyatı səviyyəsində faciənin olması öz yerində, amma ilk addımlarını atmaqda olan sülh sazişi prosesini geri salmaq, həm Yerevan, həm də Bakı üçün siyasi geriləmədir. Həm də, bunun səfir Rikerin regionda olduğu bir zamanda baş verməsi mənim üçün anlaşılan deyil. O hələ Bakıda deyilsə, olacaq. O, sülh prosesində ABŞ-ın maraqlarını ifadə etməyə çalışırdı. Bu hadisə isə daha bir maneə yaradır və qorxuram ki, prosesi dayandıracaq.

Amerikanın Səsi: ABŞ və Avropa indiki məqamda vəziyyətə təsir etmək üçün nə edə bilərlər?

Riçard Kazlariç: Bu, bayaq dediyim geriyə qayıdış misallarından biridir. Bu münaqişənin həllində Ermənistan və Azərbaycana kömək etmək üçün beynəlxalq icmanın cəlb olunması baxımından, biz demək olar ki, 1994-cü ilə qayıdırıq. O mənada ki, kimin başlamasından asılı olmayaraq, nəticədə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlarla nəticələnir. Bu prosesin qarşısını alacaq bir maneə yoxdur. Daha öncə bunu Minsk Qrupu edirdi, 94-cü ildən öncəki dövrə getsək, bunu Rusiya edirdi. Bu gün Rusiya həmin rolu oynaya bilmir. Onlar Ukrayna işğalına görə özünü bu prosesdən kənarlaşdırıblar.

Bakı Minsk Qrupunun heç bir rolunu qəbul etmir. Düşünürəm ki, Avropa İttifaqı səylərindən sonra belə tez müddətdə döyüşlərin baş verməsi həmin formata da zədə vuracaq. Ona görə də, biz sanki 1994-cü ildə, hər kəsin – ABŞ-ın, Fransanın, Rusiyanın münaqişəni həll etmək üçün fərdi şəkildə səy göstərdiyi bir zamandayıq. İlk Qarabağ müharibəsində buna nail olmaq mümkün olmadı. İndi də mən düşünmürəm ki, tərəflərin ATƏT-ə bənzər bir formatda səylərin qəbul etmədiyi halda, prosesi asanlıqla bərpa etmək olar.

Nəyin baş verib-verməyəcəyi döyüşlərin dayandırılıb-dayandırılmamasından asılıdır. Bu da Azərbaycan və Ermənistanın əlində olan məsələdir. Ona görə də, düşünmürəm ki, biz nə beynəlxalq səylərin cəlb olunması baxımından, nə də birbaşa ünsiyyət baxımından yaxşı bir vəziyyətdəyik.

Amerikanın Səsi: 2020-ci ildə atəşkəsin əldə olunmasında vasitəçiliyini nəzərə alaraq, Rusiyanın rolunu necə qiymətləndirirsiniz?

Riçard Kazlariç: Bəli, bu başqa mövzudur. Yenə də Ukrayna işğalı məsələsinə geri dönəcəm. Bu, Ermənistan və Azərbaycan arasında olan münaqişələrə bənzər münaqişələrdə Rusiyanın hər hansı müsbət rol oynaya biləcəyi haqda bütün ehtimalları alt-üst edir. Ukraynada etdikləri, onları bu cür işlərdən, xüsusilədə sülhməramlı qüvvə kimi, diskvalifikasiya edir. Bu barədə bir hesabat görməmişəm, amma belə görünür ki, sülhməramlı qüvvə kimi onların döyüşlərin dayandırılmasında bir faydası yoxdur.

Beləliklə, Rusiyanın iştirakı məsələsi nüfuzdan düşüb. Bugünkü vəziyyətlə, 2020-ci ilin noyabrındakı vəziyyət çox fərqlidir. 2020-ci il daha öncəki dövrlərdəki toqquşmalara bənzəyirdi. Harada ki, Rusiya birbaşa müdaxilə edib, döyüşləri dayandıra bilirdi. İndi isə, mən Ermənistanın KTMT-yə müraciətinin nə nəticə verdiyini bilmirəm. İndi tamamilə fərqli bir mühitdir.

Amerikanın Səsi: Daha öncə vurğuladığınız kimi sonuncu döyüşlər Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə sülh sazişini müzakirə etməsindən qısa zaman sonra baş verir. Bu məqamda hər iki tərəfə arasında əhəmiyyətli sazişin əldə olunması prespektivini necə qiymətləndirirsiniz?

Riçard Kazlariç: Dediyim kimi, bu, bir geriləmədir. Məncə bu Ermənistan və Azərbaycan arasında hərtərəfli sazişin əldə edilməsində iki illik bir geriləmədir. Mən eyni zamanda bu hadisənin kifayət qədər irəliləyiş əldə etmiş Ermənistan və Türkiyə münasibətlərinə təsirindən narahatam.

Mətbuatdan gördüyüm qədərilə, Türkiyə xarici işlər naziri Azərbaycanın tərəfini saxlayaraq, döyüşlərin Ermənistanın başlatdığını bildirib. Bunun nəticələri nə olacaq? Bilirsiniz, nə Minsk Qrupu vasitəçiliyi, nə də başqa beynəlxalq təşkilatdan asılı olan, müsbət addımların atılmasını görməyə başlamışdıq. Döyüşlər isə bunu geriyə apardı. Bu danışıqların yenidən başlamayacağı demək deyil. Amma əldə etdiyin irəliləyiş üzərindən davam etmək mümkün olmayacaq, çünki ortada bəd niyyət mövcuddur. Xüsusilədə, hər iki tərəfdən olan itkilər nəzərə alınsa.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG