Accessibility links

Mahmud Bilgin: Hakimiyyət istəyir ki, millət Urmiyə gölünün quruyacağını qəbul etsin


Mahmud Bilgin
Mahmud Bilgin

Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətdə Urmiyə gölündə yaşanan ekoloji faciə və İran İslam Respublikasının mövzu ilə bağlı yürütdüyü media propaqandası haqqında danışıb.

please wait

No media source currently available

0:00 0:15:03 0:00
Direct link

Bilginin sözlərinə görə, hakimiyyət istəyir ki, əhali Urmiyə gölünün quruduğunu və bununla yaşayacağını qəbul etsin.

Təbii ki, tez-tez küçəyə çıxmaq olmaz. Amma, böyük bir qalxış yoldadır. Böyük bir siyasi hərəkət olacaq. Rejimə bunu göstərmək lazimdir ki, böyük bir hərəkət olacaq və siz bunun altında qalacaqsız.

“Urmiyə gölü son nəfəslərini verir. Amma qurumayıb. Ölməyib. Rejim tərəfindən müəyyən çevrələr təbliğatla insanların zehnində gölün işi bitmiş kimi göstərməyə çalışırlar. İstəyirlər bəlkə millətimizin müqavimətini sındıralar,” siyasi fəal söyləyir.

Mahmud Bilgin dövlətin Urmiyə Gölü adına açıqladığı layihələrin yarımçıq buraxılması, habelə bölgədə kənd təsərrüfatı və su idarəçiliyi ilə bağlı yürüdülən siyasətlərə diqqət çəkərək deyir ki, İslam Respublikası öz mənfəətini Urmiyə gölünün qurumasında görür.

“Rejim deyir bəs, o planı ki var idi, o tutub. Əhaliyə demək istəyir ki, ya bölgəni buraxıb gedin, ya da burada qalın və cürbəcür xəstəliklərə və bu duruma alışın. Amma milli hərəkatımız bu durumla barışmayıb. Bu, İran rejiminin uzun müddətli bir planıdır ki gölü qurutsun. Bu, Rəfsəncani dönəmindən başlayıb və indi son mərhələsindədir. Amma, mən düşünürəm ki, bu belə olmayacaq. Yəni, belə deyil ki, rejim istədi və oldu bitdi. Olub bitməyəcək. Milli fəallarımız, tamam qüvvələr, hamı çalışacağıq ki, rejimin bu çirkin hədəfi yerinə yetməsin.”

Urmiyə gölü son nəfəslərini verir. Amma qurumayıb. Ölməyib. Rejim tərəfindən müəyyən çevrələr təbliğatla insanların zehnində gölün işi bitmiş kimi göstərməyə çalışırlar. İstəyirlər bəlkə millətimizin müqavimətini sındıralar.

Siyasi fəal əlavə edir ki, “bizim bu siyasət qarşısında gücümüz təkcə və təkcə millətimizin gücüdür. Xaricdə də lobbiçiliyimiz, fəaliyyətimiz və aktiv şəkildə səhnədə olmağımızdır.”

Bəzi fəallar Urmiyə gölü ilə bağlı təşkil olunan aksiyalar və kampaniyaların davamlı olmadığı üçün nəticələrinin də davamlı olmadığını ifadə edirlər.

Mahmud Bilgin mövzunu gündəmdə saxlamağın ən effektiv fəaliyyət olduğunu önə çəkir.

Onun sözlərinə görə, “bunu gündəmdə saxlamaq ən önəmli məsələdir. Yəni, rejimin təbliğatı budur ki, iş bitti, gedin başqa məsələlər ilə uğraşın. Amma, Urmiyə gölü Güney Azərbaycanın varı-yoxudur. Yəni, göl qurudulsa, bizim geosiyasi və strateji mövqeyimiz dəyişəcək. Millətimiz bərbad duruma düşəcək. Çoxları köçməyə məcbur olacaq. Ona görə, siyasi təşkilatlarımız başda olmaqla, hamımızın vəzifəsi budur ki, bunu gündəmdə saxlayaq. Gündəmdə saxlamaq deyəndə, internet çox önəmlidir. Orada hər gün paylaşımlar olmalıdır. Rejimin çirkin oyunlarını ortaya qoymaq lazimdir. Təbii ki, tez-tez küçəyə çıxmaq olmaz. Amma, böyük bir qalxış yoldadır. Böyük bir siyasi hərəkət olacaq. Rejimə bunu göstərmək lazimdir ki, böyük bir hərəkət olacaq və siz bunun altında qalacaqsınız.”

XS
SM
MD
LG