Accessibility links

Azərbaycan NATO Parlament Assambleyasının sessiyasında iştirak edir


Azərbaycan NATO Parlament Assambleyasının sessiyasında iştirak edir (Foto NATO yanında Nümayəndəliyindir)
Azərbaycan NATO Parlament Assambleyasının sessiyasında iştirak edir (Foto NATO yanında Nümayəndəliyindir)

İspaniyanın paytaxtı Madrid şəhərində NATO Parlament Assambleyasının (PA) 68-ci sessiyası öz işinə başlayıb. Tədbirdə Azərbaycanın NATO yanında Nümayəndəliyinin və Milli Məclisin nümayəndələri iştirak edir.

Milli Məclisin mətbuat xidmətinin məlumatıan görə, NATO Parlament Assambleyasının sessiyasında deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev iştirak edir.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi bildirir ki, sessiyaya alyansa üzv olan 30 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri qatılıb.

Sessiya çərçivəsində Ukraynada vəziyyət, iyunun 28-30-da Madriddə keçirilmiş NATO-nun Zirvə toplantısında qəbul edilən yeni strateji konsepsiya, NATO-nun müdafiə və çəkindirmə siyasəti, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi kimi mövzular müzakirə edilir.

Sessiyada NATO-nun Baş katibi Yens Stoltenberqin çıxışı nəzərdə tutulur.

Azərbaycanın NATO PA ilə əməkdaşlığı 1999-cu ildə NATO PA-nın Polşada keçirilmiş sessiyasında bu ölkəyə müşahidəçi statusunun verilməsi ilə başlayıb. 2002-ci ildə NATO PA-da Azərbaycana assosiativ üzv statusu verilib.

Azərbaycan nümayəndələrinin NATO PA tədbirlərində iştirakının əsas formaları bunlardır: Assambleyanın ildə iki dəfə keçirilən sessiyalarında, Komitə və Alt-Komitələrinin görüş və səfərlərində, NATO PA-nın Yeni Parlamentarilər Proqramında, həmçinin, ildə bir dəfə keçirilən Parlament Transatlantik Forumlar və Ros-Rot seminarlarında iştirak və fikir mübadiləsinin aparılması.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG