Accessibility links

Azərbaycanda əmlak agentliyinin vəzifəli şəxsləri dələduzluq ittihamı ilə həbs edilib


Azərbaycanda əmlak agentliynin vəzifəli şəxsləri bir milyon dörd yüz doxsan min iki yüz manat məbləğində pulu ələ keçirməkdə günahlı bilinərək həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir ki, vətəndaşlara qarşı dələduzluq edən “Zamin Əmlak Agentliyi”nin direktoru və əməkdaşları həbs edilib.

“Bakının Xətai rayonunda fəaliyyət göstərən “Zamin Əmlak Agentliyi”nin direktoru vəzifəsində çalışan Oqtay Zərbalıyev, həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən ümumilikdə 78 nəfərə qarşı dələduzluq ediblər. Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsi ilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verib. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərdən ümumilikdə 1.490.200 manat məbləğində pul alıb ələ keçirərək dələduzluq ediblər”, məlumatda qeyd edilir.

Həbs olunan şəxslərin yaxınları və vəkilləri hələ bu məlumatla bağlı şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG