Accessibility links

Məhkəmə Avropa Hərəkatının keçmiş rəhbərini uzun müddətə həbsə məhkum edib


Ramin Hacılı (Arxiv foto, mənbə VOA)
Ramin Hacılı (Arxiv foto, mənbə VOA)

Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Avropa Hərəkatının keçmiş rəhbəri Ramin Hacılını 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirli bilib.

Dövlət ittihaçısı ötən həftə qanunsuz miqrasiyaya görə ittiham olunan Ramin Hacılıya 9 il iş istəyib.

Rəsmi istintaqla müəyyən edilib ki, "No Border Travel Agency" MMC-nin rəhbəri Ramin Hacılı, "Gəncliyin Elmi-Mədəni İnkişafı" ictimai birliyinin sədri Sərdar İsgəndərov, "Yes Travel" MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, "HMH Baku Travel" MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınan və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Adları sadalanan digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.

Ramin Hacılı ittihamı qəbul etmir və qərəzli sayır.

O, bu ilin sentyabrında Azərbaycan prezidentinə müraciətində bildirib ki, qərəzli, qeyri-obyektiv münasibətlə üzləşib.

Hacılı ölkə prezidentindən həbs qətimkan tədbirinin dəyişdirilməsi, barəsində başladılmış cinayət işinə xitam verilməsi və azadlığa çıxmasına kömək etməsini xahiş edib.

O, istintaq dövründə etiraz olaraq aclıq aksiyası da keçirib.

Ramin Hacılı ictimai-siyasi fəal olub. O, Dalğa Gənclər Hərəkatının, Azərbaycan Avropa Hərəkatının rəhbəri, Demokratik İslahatlar və Ümid partiyalarının rəhbərliyində təmsil olunub.

Ona qarşı ilk dəfə 2017-ci ildə ittiham irəli sürülüb.

Belə ki, 2017-ci il oktyabrın 12-də Bakının Nəsimi Rayon Məhkəməsi Hacılını vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə təqsirli bilib və 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib.

Cinayət işinin başlanmasına səbəb kimi Ramin Hacılının ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.

Ramin Hacılı daha sonra 2018-ci ilin iyunun 4-də qanunsuz yolla dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb.

Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirib ki, Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışdığını və bu səbəbdən qanunsuz yolla Gürcüstana, oradan isə Avropa ölkələrinə getmək istədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG