Accessibility links

Ağdamda iki mülki şəxs minaya düşərək həlak olub


Ağdam rayonu Yusifcanlı kənd ərazisində iki kənd sakini mina partlayışı nəticəsində həlak olub.

Bu barədə Azəbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mülki şəxslər İsrail Həsənov və Amid Həsənov heyvan otararkən minaya düşüb.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 286 Azərbaycan vətəndaşı xəsarət alıb. Onlardan 49 nəfəri həlak olub. Həlak olanların 38 nəfəri mülki şəxslərdir.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG