Accessibility links

Bakıda Novruz bayramı münasibətilə "Bahar qalası" günləri başlayıb


Novruz bayramı qeyd edilir (Arxiv foto. Mənə: VOA)
Novruz bayramı qeyd edilir (Arxiv foto. Mənə: VOA)

Martın 19-dan başlayaraq Novruz bayramı münasibəti ilə İçərişəhərdə "Bahar qalası" günləri başlayıb. Tədbirlər martın 26-dək davam edəcək.

Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə facebook səhifəsində bilidirib.

Onun sözlərinə görə, bayram şənliyi zamanı Qoşa Qala meydanında quraşdırılan səhnədə konsert proqramları nümayiş etdiriləcək.

Novruz bayramı
Novruz bayramı

Rəngarəng konsert proqramları zamanı mahir ifaçıların çıxışlarında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndirilir. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl də meydandadır.

"Bayram qalası" günlərində qurama, rəssamlıq, nano-art, keramika kimi sənətkarların əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə, həmçinin milli mətbəx nümunələri hazırlanır və milli kinolardan səhnəciklər nümayiş etdirilir.

XS
SM
MD
LG