Accessibility links

ABŞ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib


ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

“Əziz dostlar, bu gün bütün azərbaycanlılar minilliklərdən bəri davam edən ənənəyə sadiq qalaraq Novruz bayramını qeyd edir. Novruz ailələrin və dostların birlikdə ləziz təamları bölüşməsi, birlikdə musiqidən həzz alması, keçmişin çətinlikəri üzərində düşünməsi və gələcəyə dair plan qurması üçün gözəl fürsətdir. Novruz yeni ilə ümid və nikbinliklə baxmaq bayramıdır”, ABŞ səfirinin təbrikində deyilir.

Səfir Litzenberger təbrikdə bu il ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu qeyd edib.

“Bu il Novruzun xüsusi əhəmiyyəti var, çünki ABŞ və Azərbaycan aralarındakı diplomatik əlaqələrin 30 illiyini qeyd edirlər”, təbrikdə bildirilir.

“Ukraynada baş verən hadisələr bizə göstərdi ki, hamımız yeni ildə çətinliklərlə üzləşməkdə davam edəcəyik. Bu çətinliklərlə üzləşdiyimiz bir zamanda Novruzun zəngin mədəni ənənələri bizə daha da gözəl dünya qurmaq öhdəliyimizi xatırladır. ABŞ Səfirliyi və Amerika xalqı adından Novruz bayramını qeyd edən hər kəsə ən xoş arzularımı çatdırmaqdan məmnunam. Novruz bayramınız mübarək” ABŞ-ın Azərbaycandakı səfirinin təbrikində qeyd edilir.

XS
SM
MD
LG