Accessibility links

Vəkil: Bəxtiyar Hacıyev azad olunmasına kömək edilməsi xahişi ilə prezidentə müraciət edib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İnsan haqları fəalı Bəxtiyar Hacıyev Azərbaycan prezidenti İlham Əliyevə onun həbsdən azad olunmasına köməklik göstərilməsi xahişi ilə müraciət edib.

Bu barədə Amerikanın Səsinə müsahibəsində vəkil Rövşanə Rəhimli bildirib.

"Bəli, Bəxtiyar Azərbaycan prezidentinə məktub yazıb. Məktubunda qeyd edir ki, o 2022-ci il dekabrın 9-da həbs edilib. Cinayət Məcəlləsinin 221.2 (xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham olunur. Bununla bağlı xahiş edir ki, onun azad olunması üçün prezident köməklik göstərsin. Bu kontestdə olan bir məktubdur" , vəkil qeyd edib.

Vəkil: Bəxtiyar Hacıyev azad olunmasına kömək edilməsi xahişi ilə prezidentə müraciət edib
please wait

No media source currently available

0:00 0:05:26 0:00

Hacıyevin prezidentə ünvanladığı məktubun sosial şəbəkələrdə yayılmasına gəlincə vəkil deyib ki, vəkillərin məktubu mediaya kimin sızdırılmasından xəbəri yoxdur.

"Hesab edirəm ki, məktubu yayan sayt mənbəni açıqlamalıdır. Yaxşı olardı ki, məktubu mediaya ötürən mənbə açıqlanaydı. Şəxsən mənim tərəfimdən o məktub mediaya verilməyib".

Vəkil hesab edir ki, müraciət etmək və azadlığa çıxmaq istəyi Bəxtiyar Hacıyevin ən doğal hüquqlarından biridir.

"Ümid edirik ki, bu müraciət öz müsbət nəticəsini verəcək və Bəxtiyara qarşı açılmış saxta, qondarma cinayət işinə xitam veriləcək".

Rəhimli deyib ki, sosial şəbəkələrdə Bəxtiyar Hacıyevlə barədə "qaralama kampaniyası" ilə bağlı hüquqi işlər aparılır.

"Vəkillər hüquq-mühafizə orqanlarına, əsasən də prokurorluğa müraciət edib. Bildiyim qədər artıq vəkillərdən biri dəvət olunub, müəyyən müzakirələr aparılıb".

Vəkilin dediyinə görə, Bəxtiyar Hacıyev sosial şəbəkələrdə onunla bağlı yayılan məlumatlar barədə bəzi məsələlərə aydınlıq gətirmək istəyib.

"Mən d, vəkil kimi təbii ki, onun dediklərini paylaşdım. Amma təəssüflər olsun ki, Bəxtiyarın dediklərinə əsasən mənim yaydığım fikirlər kontekstdən çıxarıldı. Belə baxırıq ki, hər sözümüz, hər ifadəmiz kontekstdən çıxarılır. Belə qərara gəldik ki, bu məsələlərə Bəxtiyar azadlığa çıxandan sonra özü aydınlıq gətirsin. Əlbəttə, yayılan məlumatları hər detalına qədər oxuyub analiz edə bilmədik. Biz bu sahədə mütəxəssis də deyilik. Amma özü ilə müzakirələr zamanı orada montaj, əlavələr, feyk və yalanların kifayət qədər olduğunu müəyyən etdik. Yəni Bəxtiyar bunun 10-12 il əvvəl olan yazışmalar olduğunu dedi və Pegasusla əlaqələndirdi. Bunlar Pegasus vasitəsi ilə götürülüb. Amma buna baxmayaraq, sosial şəbəkələrdə ona qarşı ittihamlar irəli sürülür. Müxtəlif versiyalar, müxtəlif fikirlər səsləndirilir. Bəxtiyar azadlığa çıxandan sonra bunlara cavab verəcək. Əlbəttə, bunlar kibercinayətkarlıq nəticəsində əldə olunan materiallardır. Bunun artıq müzakirəsi belə doğru deyildi. Necə qanunsuz yolla əldə olunmuş sübutlar müzakirə olunmursa, həmin sübutların heç bir hüquqi qüvvəsi yoxdursa, kibercinayətkarlıq nəticəsində əldə olunmuş, düz-qoş edilmiş materilların da müzakirə mövzusuna çevrilməsi çox səhv bir yanaşmadır", Rəhimli qeyd edib.

Onun sözlərinə görə, uzun müddət aclıq keçirən Hacıyevin səhhəti hazırda normallşmaqdadır.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sutka həbs qərarı çıxarıb. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha bir ay, fevralın 23-də isə daha 2 ay - aprelin 28-də uzadıb. Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi və ya məhkəmə başlayana qədər zaminə buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətləri məhkəmələr tərəfindən təmin edilməyib.

Fevralın 28-də - aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb.

ABŞ Dövlət Departamenti, ABŞ Senatı, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG