Accessibility links

Ağ Ev: Putin-Şi görüşü Ukraynada müharibəyə son qoymayacaq


Ağ Ev: Putin-Şi görüşü Ukraynada müharibəyə son qoymayacaq
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Ağ Ev: Putin-Şi görüşü Ukraynada müharibəyə son qoymayacaq

Rəsmi Vaşinqton bu həftə Çin liderinin Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının Ukraynada müharibəyə son qoyulmasına yol aça biləcəyi ilə bağlı nikbin olmadığını ifadə edib. Birləşmiş Ştatlar Çinin vasitəçiliyi ilə danışıqları yalnız Ukraynanın “ədalətli sülhə” gətirib çıxaracağına inandığı halda dəstəkləyəcəyini bəyan edib.

Moskvada Rusiya prezidenti Vladimir Putin tərəfindən Çin lideri Şi Tsinpinin şərəfinə təntənəli mərasim keçirilib və şam yeməyi verilib.

Çin prezidenti Şi Tsinpin: “BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Çin və Rusiya BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan beynəlxalq münasibətlərin əsas normalarını qətiyyətlə dəstəkləmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəklər”.

Şi Tsinpin Ukraynada Putinin dediyi kimi, dəstəklədiyi diplomatik həllə çağırıb.

Rusiya prezidenti Vladimir Putin: “Biz hesab edirik ki, Çinin sülh planının bir çox bəndləri Rusiyanın yanaşmalarına uyğundur və Qərb və Kyiv buna hazır olduqda sülh yolu ilə nizamlanma üçün əsas yarada bilər. Lakin biz hələlik onların tərəfindən belə bir hazırlıq görmürük.”

Ağ Ev Putinin iddiasını rədd edib.

“Biz onların dedikləri və irəli sürdükləri arasında bizə bu müharibənin tezliklə bitəcəyinə ümid vercək heç bir görməmişik,” Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Körbi bildirib.

ABŞ Putin-Şi görüşündən əvvəl Çinin vasitəçiliyi ilə atəşkəsə qarşı xəbərdarlıq edərək, bunun Rusiyanın Ukraynada əldə etdiklərinin təsdiqlənməsi demək olduğunu bildirib.

Putin və Şi arasında keçirilən görüş atəşkəslə bağlı danışıqlara dair təklifə gətirib çıxarmayıb. Con Körbi bildirib ki, ABŞ Pekinin vasitəçiliyi ilə aparılan danışıqları yalnız prezident Volodimir Zelenski bunun ədalətli sülhə gətirib çıxaracağına inandığı halda dəstəkləyəcək. Ukrayna lideri üçün bu, Putinin ilhaq etdiyi ərazi ilə bağlı heç bir güzəştin olmaması deməkdir.

“Rusların belə bir şərtlə razılaşacağına şübhə edirəm. Onlar artıq bunu danışıqlar üçün hər hansı bir başlanğıc nöqtəsi hesab etmədikləri bir şey kimi rədd ediblər,” Quincy Məsuliyyətli Dövlət İdarəetmə İnstitutunun təhlilçisi Corc Bib bildirib.

Zelenski çərşənbə axşamı Qərb alyansının Kyivə gözlənilmədən səfər edən növbəti lideri olan Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşüb.

Ukrayna prezidenti Volodimir Zelenski: “Yaponiyanın gücünü, sülhün və qaydalara əsaslanan beynəlxalq nizamın müdafiəsində Asiyada liderliyini və Yaponiyanın Böyük 7-lər qupunda sədri kimi məsuliyyətini nəzərə alsaq, bugünkü danışıqlarımız həqiqətən qlobal nəticə verə bilər”.

Putinlə görüşündən sonra Şi Tsinpin və Zelenski arasında telefon söhbətinin baş tuta bilməsi mümkün ola bilər, lakin bu, hələ təsdiq edilməyib.

XS
SM
MD
LG