Accessibility links

Ailəsi "Gəncə işi" üzrə həbsdə olan şəxsin taleyindən narahat olduğunu bildirir


“Gəncə işi” üzrə həbsdə olanların yaxınları aksiya zamanı (Arxiv foto. Mənbə: VOA)
“Gəncə işi” üzrə həbsdə olanların yaxınları aksiya zamanı (Arxiv foto. Mənbə: VOA)

"Gəncə işi" üzrə həbs edilmiş Ceyhun Salahovun ailə üzvləri son bir həftə ərzində onunla telefonla danışa bilmədiklərinə və xəbər almadıqlarına görə narahatdırlar.

"Ceyhun hər bazar və çərşənbə günləri zəng edirdi. O, sonuncu dəfə ötən bazar günü zəng edib və o vaxtdan etibarən ondan heç bir xəbər yoxdur", Salahovun həyat yoldaşı Kəmalə Məmmədova bildirib.

O qeyd edib ki, Salahov çərşənbə günü zəng etmədikdən sonra üç gündür saxlanıldığı 7 saylı cəzaçəkmə müəssisəsində, Penitensiar Xidmətdə və Ombudsman Aparatında həyat yoldaşının taleyinə aydınlıq gətirməyə çalışır.

Məmmədova hesab edir ki, həyat yoldaşı ya karserə (cərimə təcridxanası) salınıb, ya da səhhətində problemlər yaranıb.

O, həmçinin qeyd edib ki, həyat yoldaşı qanuna tabe olan bir insan olaraq penitensiar müəssisənin qaydalarına riayət edir.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Salahov 2018-ci ildə Gəncənin o vaxtkı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd işi üzrə 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Vəliyevi yaralamaqda ittiham olunan Yunis Səfərov həbs cəzası alıb. Səfərov cinayəti təkbaşına törətdiyini və digər müttəhimlərin bu işlə heç bir əlaqəsi olmadığını etiraf etsə də, daha 9 nəfər 18-20 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib.

Hüquq müdafiəçiləri Səfərovdan başqa, "Gəncə işi"nin bütün fiqurantlarını siyasi məhbus kimi tanıyıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG