Accessibility links

“Gəncə işi” üzrə hakimlərə qarşı çağırış etməkdə şübhəli bilinən şəxs həbs olunub


Dövlət Təhlükəsizliyi Xidməti
Dövlət Təhlükəsizliyi Xidməti

“Gəncə işi” üzrə keçirilən məhkəmələrdə hakimlərin qisas alınaraq öldürülməsinə sosial şəbəkələrdə çağırış edən şəxsin həbs edildiyi bildirilir.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sentyabrın 26-da yaydığı məlumatda deyilir ki, 2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsi ilə bağlı cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin fotoşəkillərini müxtəlif sosial şəbəkələrdə paylaşmaqla, onlardan qisas alınaraq öldürülmələrinə çağırış edilib.

“Həmin faktla bağlı Azərbaycan Ali Məhkəməsindən daxil olmuş məlumatla əlaqədar DTX-da Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin həyatına sui-qəsd etməyə açıq çağırışların xarici ölkə vətəndaşı Mühəndis Bayramova məxsus sosial şəbəkə profilindən edilməsi müəyyən olunub və barəsində axtarış elan edilib. DTX tərəfindən keçirilmiş tədbirlərlə Mühəndis Bayramov saxlanılaraq həbs olunub və barəsində aparılan cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib,” məlumatda qeyd edilir.

Bununla yanaşı Mühəndis Bayramovun yaxınları və vəkili onun həbsinə hələ münasibət bildirilməyib.

Rəsmi məlumatlara görə, 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və onun cangüdənini tapança ilə yaralayıb.

İyulun 10-da Gəncə administrasiyasının binası qarşısında şəhər sakinlərinin etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib. Hadisələr zamanı iki yüksək rütbəli polis zabiti öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər həbs edilib.

Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti mühakimə olunub.

Yunis Səfərov və digərlərinin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb. Həmin il avqustun 16-da məhkəmə Səfərovu ömürlük, digər müttəhimləri isə 18-20 il müddətinə azadlıqdan məhrum edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG