Accessibility links

Dövlət Departamenti: ABŞ Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinə dəstəyini davam etdirəcək


Vedant Patel
Vedant Patel

ABŞ Azərbaycan və Ermənistanın sülh müzakirələrində iştirakı davam etdirməsi barədə xəbərləri alqışlayır.

Bu barədə mayın 8-də ABŞ Dövlət Departamenti prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın Brüsseldə keçiriləcək görüşünə dair məlumatdan sonra bildirib.

"Biz bir daha əmin olduğumuzu bildiririk ki, sülh yaxındır və birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır", Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə mətbuat katibinin müavini Vedant Patel mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərilə keçiriləcək üçtərəfli görüşü barədə Turan agentliyinin sualının cavabında bildirib.

Görüş ötən həftə Vaşinqtonda aparılan danışıqlardan sonra baş tutacaq, o zaman dövlət katibi Entoni Blinken dönüşün mümkün olduğunu bildirmişdi.

"Keçən həftəki müzakirələr konstruktiv olub və biz hesab edirik ki, Ermənistan və Azərbaycan nümayəndə heyətləri çətin məsələlərin həllində mühüm irəliləyiş əldə ediblər. Hər iki ölkə prinsipcə müəyyən şərtlərlə razılaşıb və bir-birinin fikirlərini daha yaxşı başa düşür. Biz inanırıq ki, əlavə xoşməramlılıq, çeviklik və kompromis ilə razılaşma əldə edilə bilər və iki ölkə dialoqa girməyə və davamlı sülhü təmin etməyə davam etdiyinə görə Birləşmiş Ştatlar tam dəstəyini davam etdirəcək", Patel qeyd edib.

Avropa İttifaqı Şurasının mayın 8-də yaydığı məlumatda deyilir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan 2023-cü il mayın 14-də Brüsseldə üçtərəfli formatda yenidən görüşmək barədə razılığa gəliblər.

Mətbuat üçün məlumatda deyilir ki, iyunun 1-də Kişinyovda iki ölkə lideri, Avropa İttifaqı Şurasının sədri, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla Avropa Siyasi Birliyinin sammitində müzakirələri davam etdirəcəklər.

"Liderlər həmçinin cari hadisələri müzakirə etmək üçün Brüsseldə üçtərəfli görüşləri lazım olduğu halda davam etdirmək barədə razılığa gəliblər.

Prezident Mişel həmçinin Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini 2023-cü ilin oktyabrında Qranadada keçiriləcək YPC Sammiti çərçivəsində ikinci görüşə dəvət etmək niyyətində olduğunu bildirib”, məlumatda deyilir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 1-dən 4-nə kimi Birləşmiş Ştatlarda ikitərəfli danışıqlar keçirib. Danışıqların ilk günü hər iki ölkənin xarici işlər nazirləri ilə görüşən ABŞ dövlət katibi Antoni Blinken dialoqun sülhə nail olunmasının açarı olduğunu deyib. Blinken Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların sonuncu günü mətbuat üçün açıqlama verərək, tərəflərin “nəzərəçarpacacaq irəliləyiş” əldə etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG