Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ-da sülh sazişi ilə bağlı müzakirələr aparacaq


Ceyhun Bayramov, Antoni Blinken və Ararat Mirzoyan (Arxiv foto. Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov, Antoni Blinken və Ararat Mirzoyan (Arxiv foto. Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Aprelin 30-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti ilə ABŞ-a işgüzar səfərə gedib.

Bu barədə hər iki ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hər iki nazirlik səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsnini nəzərdə tutulduğunu bildirir.

Turan agentliyi Vaşinqtondakı diplomatik mənbələrə istinadən bildirir ki, gələn həftə Azərbaycan və Ermənistan arasında Qarabağ üzrə danışıqların növbəti raundu keçiriləcək və fikir ayrılıqlarını aradan qaldırmaq üçün “yol xəritəsi” hazırlanacağı gözlənilir.

Vaşinqtondakı mənbə deyib ki, xarici işlər nazirlərinin görüşü “bir neçə gün davam edə bilər”.

Həmçinin Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel aprelin 28-də gündəlik brifinqdə bildirib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında davamlı sülh axtarışları ilə “fəal məşğul olmaqda davam edir”.

“ABŞ Ermənistan və Azərbaycan arasında davamlı sülhün tapılması ilə dərindən məşğul olmaqda davam edir. Bu, Katib Blinkenin, eləcə də baş məsləhətçi Lui Bononun və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Derek Hoqanın dərindən sadiq olduğu bir məsələdir. Fürsət yarandıqda, Katib Blinken bu iki ölkə ilə birbaşa əlaqə saxlayır və bunu davam etdirəcək”, Vedant Patel qeyd edib.

Turan agentliyi diplomatik mənbələrə istinadən bildirir ki, Vaşinqtonda danışıqlarda sülh üçün “yol xəritəsi”nin hazırlanmasında uğur qazanılarsa, o zaman Avropa Azərbaycan və Ermənistan liderlərini “bir neçə həftə ərzində” sülh müqaviləsi bağlanması üçün qəbul edəcək.

İki ölkə xarici işlər nazirininn ABŞ-a səfəri Fransa xarici işlər naziri Ketrin Kolonnanın Bakı və Yerevanda münaqişənin həlli ilə bağlı danışıqlarından sonraya təsadüf edir.

Nazir Kolonna Yerevanda bildirib ki, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi genişləndirilməli və gələcək görüşlər üçün təmas nöqtələri tapılmalıdır.

“1 iyun 2023-cü ildə Moldovanın paytaxtında Avropa Siyasi Birliyinin görüşü planlaşdırılıb. Görüşdə 47 ölkənin liderləri, həmçinin Avropa İttifaqının rəhbərliyi iştirak edəcək. Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi genişləndirməli və gələcək görüşlər üçün təmas nöqtələri tapılmalıdır. Ümid edirik ki, Kişinyovda Praqadakı kimi (ötən ilin oktyabrında) Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli dialoq aparmaq mümkün olacaq", nazir qeyd edib.

Xatırladaq ki, Praqa görüşündə Fransa przidentinin və Avropa Şurası sədrinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin bəyanatı qəbul dilib. Sənəddə, xüsusən, hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı olaraq tanındığı qeyd edilir.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG