Accessibility links

Şərqi Azərbaycanda universitet məzunlarının 50 faizindən çoxu işsizdir


Təbriz Universiteti
Təbriz Universiteti

Təbriz Universitetinin rektoru Şərqi Azərbaycan vilayətində universitet məzunlarının 50 faizindən çoxunun işsiz olduğunu bildirib.

Mehr xəbər agentliyi bu barədə məlumat yayıb.

Səfər Nəsrullahzadə İran parlamentinin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının elm, araşdırma və texnologiya adlı iclasında Şərqi Azərbaycan vilayətinin universitetlərində ali təhsil alaraq məzun olan gənclərin 50%-dən çoxunun işsiz qaldığını açıqlayıb.

O, Təbrizin qədim Rəbi-Rəşidi kimi universitetə malik olduğunu vurğulayıb və Təbrizin indiki vəziyyətinin təəssüflü hal olduğunu bəyan edib.

Nəsrullahzadə Təbriz Universitetində keçirilən bu iclasda vilayətin diqqətdən kənarda qalıb, unudulub və indiki vəziyyətə çatmasından narazılığını bildirib.

Təbriz Universitetinin rektoru bu universitetinin İranda ən nüfuzlu universitetlərdən biri olduğuna, Tehran Universitetindən sonra İranın ikinci ən qədim universiteti və həmçinin milli və beynəlxalq sahələrdə bir çox fərqlənmə diplomları qazandığına işarə edərək deyib ki, "əvvəllər bu universitetə dünyanın bir çox ölkələrindən professorlar və həkimlər gəlirdi, lakin çox təəssüf ki, Təbriz Universiteti günümüzdə diqqətdən kənarda qalıb, unudulub və indiki vəziyyətinə gəlib çatıb."

Təbriz Universitetinin rektoru həmçinin Təbriz Universiteti üçün ayrılan maliyyə vəsaitinin məhdud olmasını da tənqid edib.

Nəsrullahzadə Təbriz Universitetinin parlaq keçmişindən bəhs edərək, Təbriz daxil olmaqla əyalətdə ali təhsil alan və universitet məzunlarının işsizlik səviyyəsinin çox yüksək olduğundan şikayət edib və bu mövzü ilə bağlı ciddi tədbirlərin görülməsini tələb edib.

XS
SM
MD
LG