Accessibility links

Səidə Salayeva: Zamin Salayev komaya düşüb, hazırda səhhəti normallaşır


Zamin Salayev
Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayev komaya düşəndən sonra Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasından bu qurumun Müalicə müəssisəsinə köçürülüb. Hazırda 98 gündür aclıq edən Salayevə Müalicə müəssisəsində sistemlər köçürülür, vəziyyəti normallaşır.

Bu barədə Zamin Salayevlə telefon danışığından sonra onun həyat yoldaşı Səidə Salayeva Amerikanın Səsinə deyib.

Səidə Salayeva: Zamin Salayev komaya düşüb, hazırda səhhəti normallaşır
please wait

No media source currently available

0:00 0:01:02 0:00

"Zaminin səsi çox zəifdir. Dedi ki, çox arıqlayıb. Təzyiqi 60/40-a düşüb. Böyrəkləri çox ağrıyır, ayaq üstə dura bilmir, başı gicəllənir. Bədəninin hər yerində ağrı var", o qeyd edib.

Səidə Salayeva həyat yoldaşına istinadən bildirib ki, hazırda Zamin Salayevin müalicəsi davam etdirilir.

"O, həkim nəzarətindədir, sistemlər köçürülür. Müalcə müəssisəsində müalicəsinin yaxşı keçdiyini dedi".

Bununla yanaşı, həyat yoldaşının xahişinə baxmayaraq Zamin Salayev aclığı davam etdirəcəyini bildirib.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsi Amerikanın Səsinin Zamin Salayevin səhhəti ilə bağlı sorğusuna hələ cavab verməyib. Amma bildiriblər ki, sorğu cavablandırılacaq.

Mayın 11-də Bakının Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 98 gündür aclıq edir.

ABŞ-ın Azərbaycandakı səfirlyi bildirib ki, Əlzamin (Zamin) Salayevin aclıq elan etdiyi barədə məlumatlıdırlar.

"Onun işini yaxından izləməkdə davam edirik. Amerika Birləşmiş Ştatları insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiqdir. Biz hakimiyyəti Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərinə uyğun olaraq vətəndaşların hüquqlarının müdafiəsi üçün addımlar atmağa çağırırıq. Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətini insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə haqsız və ya özbaşına həbs edilmiş bütün şəxsləri azad etməyə çağırmaqda davam edir", səfirliyin sözçüsü qeyd edib.

XS
SM
MD
LG