Accessibility links

Mühacirlər İranın Hamburqdakı konsulluğunun binası qarşısında etiraz aksiyası keçirib


İranın Ankaradakı səfirliyi qarşısında aksiya (Arxiv foto. Mənbə: VOA)
İranın Ankaradakı səfirliyi qarşısında aksiya (Arxiv foto. Mənbə: VOA)

İran Azərbaycanından mühacirətdə olan bir qrup fəal, həmçinin Bəluc, Əhvaz və Kürd fəalları ilə birlikdə İranın Almaniyanın Hamburq şəhərindəki konsulluğunun binası qarşısında etraz aksiyası keçirib. Fəallar İran hökumətindən ölkədə fəalların edamına və qadınlara qarşı amasızlıqlara son qoyulmasını tələb edib.

Bu barədə Cənubi Azərbaycanın Səsi (Voice of South Azerbaijan) internet xəbər şəbəkəsi Twitter hesabında yazıb.

"Aksiyaya İranın hər yerindən Almaniyaya köçmək məcburiyyətində qalan soydaşlarımız qoşulub. İndiki qəddar rejim hakimiyyətdə olduğu müddətdə digər Avropa şəhərlərində də belə aksiyalar keçirməkdə davam edəcəyik", aksiyanın azərbaycanlı təşkilatçısı Fərhad Məcidzadə bildirib.

XS
SM
MD
LG