Accessibility links

Gunaz.tv-nin rəhbəri Amerikada hücuma məruz qalıb


Əhməd Obalı (Arxiv foto. Mənbə: VOA)
Əhməd Obalı (Arxiv foto. Mənbə: VOA)

Güney Azərbaycan Televiziyasının (Günaz.tv) rəhbəri Amerikada mühacir həyatı yaşayan İran Azərbaycanından olan Əhməd Obalı mayın 17-də Kaliforniya ştatının Santa Klara şəhərində oteldə fiziki hücuma məruz qalıb. Sosial şəbəkələrdə Obalının xəstəxanda çoxsaylı xəsarətlərin göründüyü fotoları yayılıb.

Günaz.tv televiziyasının Bakı ofisinin icraçı direktoru Araz Obalı Amerikanın Səsinə bildirib ki, Əhməd Obalı Azərbaycan Respublikasından Amerikaya qayıtdıqdan bir gün sonra hücuma məruz qalıb.

“Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin hücumuna məruz qalıb. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. Hal-hazırda durumu orta ağırdır,” o, Əhməd Obalı ilə telefon danışığından sonra Amerikanın Səsinə bildirib.

Araz Obalı deyib ki, hadisə ilə bağlı araşdırma davam edir.

Əhməd Obalının oğlu Dənizin də hücuma məruz qaldığı bildirilir.

“Əhməd bəyin oğlu Dəniz də hücuma məruz qalıb. O da hazırda hospitalda müalicə alır. Əhməd bəy oğlunun hansı şəraitdə hücuma məruz qalıdğı barədə məlumatsızdır. Bizim başqa mənbələrdən aldığımız məlumata görə, Dənizin vəziyyəti çox ağırdır. O, anası ilə danışmaq imkanında belə olmayıb,” Araz Obalı qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG