Accessibility links

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Azərbaycanda səfərdədir


Hikmət Hacıyev və Xavyer Kolomina (Foto Xavyer Kolominanın twitter hesabındandır )
Hikmət Hacıyev və Xavyer Kolomina (Foto Xavyer Kolominanın twitter hesabındandır )

NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolomina Azərbaycanda səfərdədir.

Bu barədə o, twitter səhifəsində yazıb.

NATO nümayəndəsi Bakıda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

“Görüşlər zamanı NATO-Azərbaycan əməkdaşlığı, Azərbaycanın enerji təhlükəsizliyindəki rolu və son danışıqlardan sonra sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib”, o qeyd edib.

XS
SM
MD
LG