Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk xarici səfərini 12-13 iyunda Şimali Kipr Türk Respublikasına və Azərbaycana edəcək.
Türkiyə Prezidentinin ofisinin mətbuat üçün açıqlamasında deyilir ki, Şimali Kipr Türk Cümhuriyyətinə səfər zamanaı keçiriləcək görüşlərdə ikitərəfli, regional və qlobal məsələlər müzakriə ediləcək, atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacaq, həmçinin ikitərəfli münasibətlərdə baş verən proseslər diqqət mərkəzində olacaq.
Açıqlamada bildirilir ki, Prezident Ərdoğanın Azərbaycana səfəri çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq əməkdaşlıq imkanları ilə yanaşı, beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.