Accessibility links

Seymur Həzi: Türkiyənin Cənubi Qafqaz siyasəti bundan sonra bölgədəki sülhə və demokratiyaya xidmət göstərəcək


 Seymur Həzi -AXCP sədr müavini
Seymur Həzi -AXCP sədr müavini

AXCP sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində Türkiyə seçkilərinin regional təsirlərindən, o cümlədən prezident seçkilərindən sonra formalaşan yerli hökümətin xarici siyasətindən danışıb.

Amerikanın Səsi: Türkiyədə prezident seçkilərindən sonra formalaşan yeni hökümətin tərkibində xeyli dəyişikliklər baş verib. Bu yeniliklər ölkənin daxili və xarici siyasətinə necə təsir edəcək?

Seymur Həzi: İlk növbədə diqqəti çəkən iki mühüm dəyişiklik var. Onlardan biri xarici işlər nazirliyinə Hakan Fidanın gəlməsidir. Məhəmməd Şimşəyin yenidən maliyyə xəzinə nazirliyinə gəlməsidir. Bu iki mühüm məsələ diqqəti çəkir. Əvvala görsənir ki, Türkiyə bundan sonra dünya ilə , xüsusilə Rusiya və ABŞ arasındakı münasibətlərini daha diqqətdən tarazlamağa çalışacaq. Bunu dövlətin daha alt qatlarından gəlmiş şəxslə həyata keçirməklə , mən deyərdim ki, bu diplomatiyadan da daha həssas məsələ kimi baxırlar. İkincisi əlbəttə ağır iqtisadi böhran şəraitində vəzifəyə başlayan kimi böhranı etiraf edən bir adamla başlayıblar. Görünür ki, Türkiyə əslində vəziyyətdən çıxmağa cəhdlər edir. Bu hökümət dəyişkiliyi bir böhrandan çıxış addımlarıdır. Azərbaycan və Türkiyənin daima müəyyən təsirləri var. Çox güman ki, biz bu istiqamətdə də yenilikləri görəcəyik.

Seymur Həzi: Türkiyənin Cənubi Qafqaz siyasəti bundan sonra bölgədəki sülhə və demokratiyaya xidmət göstərəcək
please wait

No media source currently available

0:00 0:05:18 0:00

Amerikanın Səsi: Yeni dönəmdə Türkiyənin Cənubi Qafqaz siyasətini necə görürsünüz? Türkiyənin xarici siyasət kursunda Azərbaycanla bağlı yeniliklər ola bilərmi?

Seymur Həzi: Mən sözün açığı Türkiyənin bundan sonrakı siyasətinin Cənubi Qafqaz siyasətini, daha çox Ermənistan və Azərbaycan arasında imzalanmalı olan sülh sazişinə verəcəyi töhfələrlə görmək istərdim. Düşünürəm ki, Türkiyə Ermənistanın yaxın qonşusu kimi onun Rusiyadan qopması və rahat yaşaması üçün Qərbə olan bir etibarlı qapısı kimi siyasətini həyata keçirməlidir. Türkiyə bu istiqamətdə anlayışlıdır. Bilirsiniz ki, Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasiminə Ermənistanın baş naziri də dəvət almışdır və orada iştirak edirdi. Bu konteksdə mən düşünürəm ki, Türkiyənin Cənubi Qafqaz siyasəti bundan sonra bölgədəki sülhə və demokratiyaya xidmət göstərəcək. Azərbaycanla münasibətdə Türkiyənin xüsusi əlaqələri var. Bunun öz istiqaməti var. Bu əlavə şərtlərə bağlı olmayan məsələlərdir.

Amerikanın Səsi: Yeni dönəmdə Türkiyənin Cənubi Ankara yeni geopolitik şəraitdə Azərbaycan və Mərkəzi Asiya ölkələrilə bərabər ümumtürk inteqrasiya proseslərini davam etdirəcəkmi? İran, Çin və Rusiya bu səylərin qarşısını ala bilərmi?

Seymur Həzi: Mən düşünürəm ki, Orta Asiya və Azərbaycan Türkiyəni birləşdirən milli bağdan başqa, ikinci bir dəyər demeokratikləşmə və azadlıq olmalıdır. Əgər doğurdan da Türk dövlətləri özlərinin qarşılarında Rusiya və Çin kimi bir təhlükə görürlərsə, onlar anlamalırlar ki, Rusiyanı və Çinin paradikmalarından imtina etmək lazımdır. Bu hansı paradikmalardır? Avtoritarizm , qapalı cəmiyyət və onun ünsürləri. Eyni zamanda iqtisadi monopoliyalar və s. Baxmayaraq ki, Çin özünü “Çin modeli” adlandırır. Amma burada xüsusi modeldən söhbət gedə bilməz. Klassik diktatura var. Bu baxımdan türk dövlətləri əgər doğurdan da vahid birlik çərçivəsində davam etmək istəyirlərsə və Rusiyaya, Çinə qarşı özlərinin immunitetlərini formalaşdırmaq istəyirlərsə bu immunitetin birinci şərti azadlıqlar və demokratiya məsələsində mühüm addımlar atmalıdırlar. Türkiyə bu istiqamətdə nümunə ola bilsə xüsusi məsafə qət etmiş olacaq.

Amerikanın Səsi: Türkiyədə gözlənilən islahatlar Azərbaycan üçün də model ola bilərmi? Ankara Azərbaycanda tək iqtidarla deyil digər siyası təşkilatlarla da təmaslar qurmaq siyasətinə qayıda bilərmi?

Seymur Həzi: Bilirsiniz ki, 2021-ci ildə AXCP sədr müavini kimi mən Türkiyədə rəsmi səfərdə oldum. Orada bir çox siyasi partiyalarla, təşkilatlarla görüşdüm. Amma hökümət bloqundan da müraciət elədim. Çox təəssüf ki, mən o zaman pozitiv reaksiyalar almadım. Amma bununla belə növbəti görüşlərdə mən cəhdlər elədim. Həmişə AXCP hamı ilə ünsiyyət qurmaq, danışmaq, hamı ilə müzakirə eləmək siyasətini güdür. Xüsusilə Türkiyə ilə bağlı. Çünki Türkiyədə biz siyasi partiyalar arasında xüsusi fərqlər qoymaq siyasətindən uzağıq. Düşünürük ki, hər kəslə işləmək lazımdır. Hamı ilə də işləməyə hazırıq. Əgər doğurdan da Türkiyə höküməti bu islahatlar çərçivəsində, xüsusilə bölgədə yaranmış geosiyasi şərtlər çərçivəsində hamı ilə işləmək yolunu tutacaqsa , biz bunu məmnuniyyətlə qarşılayacağıq.

XS
SM
MD
LG