Accessibility links

Azərbaycan və Ermənistan delimitasiya komissiyaları sərhəddə görüşüb


Azərbaycanın sərhəd zastavası (Arxiv foto. Mənbə: Dövlət Sərhəd Xidməti )
Azərbaycanın sərhəd zastavası (Arxiv foto. Mənbə: Dövlət Sərhəd Xidməti )

İyulun 12-də Azərbaycan ilə Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının dördüncü görüşü keçirilib.

Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir ki, “tərəflər Azərbaycan və Ermənistan rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsinə davam edib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər".

Tərəflər həmçinin komissiyanın növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Ermənistan tərəfi də eyni məzmunlu məlumat yayıb.

2022-ci ilin mayında Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri vəzifəsinə baş nazirin müavini Şahin Mustafayevi təyin edib. Ermənistan tərəfindən də belə bir komissiya yaradılıb.

Həmin vaxtdan etibarən Azərbaycan və Ermənistan dövlət komissiyalarının 2022-ci ildə mayın 24-də iki ölkənin sərhədində, avqustun 30-da Moskvada, noyabrın 3-də Brüsseldə görüşləri keçirilib.

Amma tərəflər hələ də sərhədin delimitasiyası ilə bağlı mahiyəti üzrə irəliləyiş barədə məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG